Ölmüş adamın feysbukundan görüntülü zəng gəlsə, qorxmayın — AÇIQLAMA

“Meta” vəfat etmiş istifadəçilərin sosial şəbəkə hesablarını aktiv saxlamağa imkan verən süni intellekt texnologiyası üçün patent alıb. Bu texnologiya ölən şəxsin əvvəlki davranışlarını, yazı tərzini və ünsiyyət formasını simulyasiya edərək paylaşım etməyə, mesaj göndərməyə, hətta görüntülü danışıq aparmağa imkan yarada bilər. Yeni yanaşma sosial şəbəkələrdə “rəqəmsal həyatın” ölümündən sonra da davam etməsi ilə bağlı ciddi etik və psixoloji müzakirələrə yol açıb.
Avtosfer.az xəbər verir ki, məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən İT mütəxəssisi Elvin Abbasov deyib ki, “Meta”nın vəfat etmiş şəxslərin rəqəmsal əkizini yaratmağı hədəfləyən texnologiyası, insanın illərlə sosial şəbəkələrdə buraxdığı nəhəng rəqəmsal izin, yəni şəxsi mesajların, statusların, səs qeydlərinin və videoların süni intellekt tərəfindən dərindən analiz edilməsinə əsaslanır:
“Sistem istifadəçinin cümlə quruluşunu, tez-tez istifadə etdiyi ifadələri, səs tonunu və üz mimikalarını öyrənərək, onun linqvistik və vizual profilini simulyasiya edir. Bu texniki baza süni intellektə imkan verir ki, şəxs vəfat etdikdən sonra da onun adından real vaxt rejimində yeni və məntiqli kontentlər yaratsın. Hətta yaxınları ilə görüntülü danışıqlar apararaq onların suallarına həmin şəxsə məxsus tərzdə cavab versin”.
O bildirib ki, bu texnologiyanın gələcəkdə kiber dələduzluq və genişmiqyaslı manipulyasiya üçün istifadə olunma riski olduqca yüksəkdir:
“Dələduzlar vəfat etmiş bir insanın səsini və ya obrazını “deepfake” vasitəsilə canlandıraraq, yas içində olan ailə üzvlərindən pul tələb edə və ya onları emosional cəhətdən şantaj edərək həssas məlumatları ələ keçirə bilərlər. Bundan əlavə, tanınmış şəxslərin ölümündən sonra onların virtual surətlərindən siyasi təbliğat və ya saxta vəsiyyətnamələrin təsdiqi kimi hüquqi saxtakarlıqlar üçün istifadə edilməsi cəmiyyətdə ciddi etimad böhranı yarada bilər. Belə bir sistemin mövcudluğu, rəqəmsal kimliyin ölümündən sonra kim tərəfindən və hansı etik normalar çərçivəsində idarə olunacağı ilə bağlı mürəkkəb hüquqi boşluqları da gündəmə gətirir”.
Xəzər dənizi sürətlə kiçilir - Narahatedici rəqəmlər
Şamaxıda lavanda həvəsi cib yandırır: Giriş 8 manatdır - FOTO
Avropadakı rekord istilər Azərbaycana da gələcək?
Metronun Bənövşəyi xətti üzrə yay qrafikinə keçilir
Baş nazir QƏRAR İMZALADI
Yağış yağacaq, şimşək çaxacaq, dolu düşəcək - SABAHIN HAVASI
Tezliklə maaşlar artırıla bilər - Əhaliyə sevindirici xəbər
Bu şəxslər hərbi xidmətə çağırılır - İyulun 1-dən
Şamaxıda torpaq sürüşməsi oldu - Yollar yararsız hala düşdü - VİDEO
Şamaxıda Ağsu çayı daşdı - İnsanlar yollarda qaldı - VİDEO
Bakıda kabusa çevrilən küçə: "Qəzalar olur, baxan yoxdur" - VİDEO










