Onlayn platformadan “Duracell” almaq istəyən vətəndaş görün necə aldadılıb - FOTO

Son dövrlər onlayn alış-veriş platformalarında saxta məhsulların “orijinal” adı altında satışa çıxarılması halları getdikcə artır.
Avtosfer.az xəbər verir ki, istehlakçılar dəfələrlə bu barədə sosial şəbəkələrdə şikayətlərini bölüşsələr də, problem hələ də aktuallığını qoruyur. Qurumların nəzarətsizliyi və bəzi sahibkarların dələduzluq bahasına olsa da əlavə gəlir həvəsləri cəmiyyətdə artıq insanların bir-birinə inamını sarsıdıb.
Növbəti belə hal “Umico”nun indiki adı olan “Birmarket” platformasında qeydə alınıb. Belə ki, bir vətəndaş sosial şəbəkələrdə paylaşım edərək sifariş etdiyi “Duracell” markalı batareyaların saxta çıxdığını bildirib.
Onun sözlərinə görə, məhsul xaricən orijinala bənzəsə də, diqqətlə baxanda şübhəli məqamlar ortaya çıxıb. Vətəndaş təsadüfən batareyanın üzərində ikinci bir üzlüyün olduğunu görüb və onu soyduqda altında tamamilə başqa – “Touling” markalı batareya ilə üzləşib.
“İnsanları niyə aldadırlar? Niyə orijinal adı ilə saxta məhsul satırlar?” – deyə vətəndaş narazılığını ifadə edib.
Məsələ sosial mediada da istifadəçilər tərəfindən geniş müzakirələrə səbəb olub. İstehlakçılar bildirirlər ki, bu cür hallara qarşı ciddi nəzarət tədbirləri görülməli, onlayn ticarət platformaları isə satışa çıxardıqları məhsulların keyfiyyətinə məsuliyyət daşımalıdır.
Fidan
İşəgötürən işçini hansı hallarda işdən çıxara bilər? – HÜQUQŞÜNAS
Məktəblərin maliyyələşməsində yeni dövr: Hansı yeniliklər olacaq?
Bəzi ərazilərdə qaz olmayacaq - YENİLƏNİB
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ












