Paket çayların bu zərərləri üzə çıxdı – Mütəxəssisdən əhaliyə XƏBƏRDARLIQ - FOTO

Vaxtilə dəfələrlə gündəmə gətirilən paket çaylarla bağlı sağlamlıq riskləri yenidən müzakirə mövzusu olub.
Bəzi paket çayların hazırlanmasında istifadə olunan kağız, ip, yapışqan və xüsusilə sintetik torba materialları isti suya keçərək insan orqanizminə zərər verə bilər. Araşdırmalar göstərir ki, yüksək temperaturda sintetik torbalardan mikroplastik hissəciklər ayrılır və bu uzunmüddətli istifadə zamanı həzm sistemi və ümumi sağlamlığa mənfi təsir göstərə bilər.

Məsələ ilə bağlı qida eskperti Fərid Səfərov Avtosfer.az-a açıqlamasında bildirib ki, paket çaylarının təhlükələri illərdir həm mütəxəssislərin, həm də istehlakçıların diqqət mərkəzindədir:
“Risklər əsasən torbanın tərkibi, istifadə olunan yapışdırıcılar, boyalar və mikroplastik buraxılması ilə bağlıdır. Ənənəvi çay paketləri kağız əsaslı olsa da çox vaxt möhkəmlik üçün plastik polimerlərlə qarışdırılır və bu qarışıq isti suda mikroplastik hissəciklər buraxa bilər. Bəzi markalarda torbanın ağzı kimyəvi yapışqanla bağlanır, ağ rəngli torbalar isə xlorla ağardılır ki, bu da qalıcı kimyəvi qalıqların yaranmasına səbəb ola bilər”.
Qida Ekspert əlavə olaraq vurğulayıb ki, mikroplastiklər orqanizmdə parçalanmır və uzun müddət qala bilər:
"Bu isə iltihab, hüceyrə zədələnməsi və hormon sisteminə təsir kimi risklər yarada bilər.
Kimyəvi yapışqan və boyalar da allergik reaksiyalar və mədə-bağırsaq selikli qişasında qıcıqlanmaya səbəb ola bilər. Daha təhlükəsiz seçim üçün yarpaq çay dəmləmək, bioparçalanan bitki liflərindən hazırlanmış torbalı çaylara üstünlük vermək və ip hissəsinin pambıqdan, etiketin isə kimyəvi yapışqan istifadə edilmədən hazırlanmasına diqqət yetirmək tövsiyə olunur. Paket çaydan imtina etməyənlər ən azından tərkibi barədə şəffaf məlumat verən, “100% plastikdən azad” torba istifadə edən markaları seçməlidir”.
Fidan
Azərbaycana “yandırıcı” və “boğucu” istilər gəlir - Avqustun əvvəlindən...
Elektrik skuteri sürənlər əvvəlcə təlim keçməlidirlər, dəbilqə məcburi ola bilər
Azərbaycanda əhalini ən çox aldadan şirkətlər AÇIQLANDI
Skuterlər qadağan olunacaq, yoxsa sərt cəzalar gəlir? – Ekspektdən AÇIQLAMA
Skuterlə avtobusa minmək qadağandır? - Hüquqşünas izah etdi
Binada yaşayanların NƏZƏRİNƏ: 300 manat cəriməsi var
Altı ayda sərnişin qatarlarına 21 dəfə daş atılıb - ADY-dan valideynlərə çağırış - VİDEO
Bakının mərkəzində bəzi EVLƏR UCUZLAŞIB - Mənzil bazarında son vəziyyət
Meyiti zirzəmiyə atıldığı iddia edilən körpənin atası - Yazışmaları göstərdi - VİDEO
Türkiyədə 50 dərəcə isti olacaq – Əhali və tursitlərə çağırış edildi
Baş nazir qərar imzaladı










