Pensiya sistemində böyük dəyişikliklər gözlənilir: Yığılan pulla ev almaq ... - VİDEO

Azərbaycanda özəl pensiya fondlarının yaradılması gözlənilir.
Avtosfer.az xəbər verir ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov açıqlamasında bildirib ki, hazırda bununla bağlı qanun layihəsinin hazırlanması prosesi gedir. Bu fondların yaradılması üçün 20-dən çox normativ hüquqi akt layihəsi hazırlanır.
Onun sözlərinə görə, vətəndaşlar pensiya kapitalının bir hissəsini özəl pensiya fondlarına yönəltmək imkanı əldə edəcəklər. Belə ki, vətəndaş 50-55 yaşlarında topladığı pensiya kapitalının bir hissəsini birbaşa götürərək biznes qurmaq, təsərrüfat yaratmaq, ev almaq və ya digər məqsədlər üçün istifadə edə biləcək. Pensiya kapitalının Dövlət Sosial Müdafiə Fondu (DSMF) hesabında qalan hissəsindən isə təqaüd almaqda davam edəcək.
Bildirilib ki, birbaşa götürülə biləcək pensiya ödənişi ümumi məbləğin təxminən 50-70 faizi civarında ola bilər. Bununla belə, vətəndaşların bu sistemə qoşula biləcəyi yaş, eləcə də birbaşa ödəniləcək pensiya məbləği və digər mexanizmlər hələ də müzakirə mərhələsindədir.
Deputat qeyd edib ki, bir çox ölkələrdə pensiya yaşı tamam olmadan da özəl pensiya fondlarında toplanmış vəsaitlərin bir hissəsini əvvəlcədən əldə etmək mümkündür.
İşəgötürən işçini hansı hallarda işdən çıxara bilər? – HÜQUQŞÜNAS
Məktəblərin maliyyələşməsində yeni dövr: Hansı yeniliklər olacaq?
Bəzi ərazilərdə qaz olmayacaq - YENİLƏNİB
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ












