Prezidentin anons etdiyi dəyişiklik — Müəllimlər buna hazır olmalıdır

Rəqəmsal transformasiya ilə bağlı keçirilən son müşavirədə dövlət başçısı məktəblilərin rəqəmsal biliklərə erkən yaşlardan yiyələnməsinin əhəmiyyətini ön plana çəkib. O bildirib ki, bu məqsədlə tədris proqramlarının yenilənməsi qaçılmazdır və dəyişikliklər şagirdlərdə müasir texnoloji bacarıqların formalaşdırılmasına yönəlməlidir. Vurğulanıb ki, təhsil sistemində rəqəmsal istiqamətə daha sistemli yanaşma gələcəkdə texnologiya sahəsində peşəkar mütəxəssislərə olan tələbatın ödənilməsinə zəmin yaradacaq.
Avtosfer.az-ın məlumatına görə, məsələ ilə bağlı təhsil eksperti Şəmsi Qoca Demokrat.az-a bildirib ki, ölkə rəhbərinin orta məktəblərdə rəqəmsallaşma ilə bağlı verdiyi tapşırıqlar təhsil sistemimiz üçün sadəcə texnoloji yenilənmə deyil, həm də ciddi bir fəaliyyət anonsudur:
“Cənab Prezidentin qeyd etdiyi kimi, müasir dünyada gənc nəsil texnologiyaları sadəcə istehlak edən tərəf deyil, onu yaradan və idarə edən qüvvə olmalıdır. Lakin bu hədəfə çatmaq üçün təhsildə kəmiyyət göstəricilərindən və “hesabat naminə” görülən işlərdən real, praktiki nəticələrə keçid edilməlidir. Bu gün bir çox məktəbdə rast gəlinən, daha çox vizual görüntü yaratmağa xidmət edən yanaşmalar artıq özünü doğrultmur. Həqiqi rəqəmsallaşma ibtidai siniflərdən etibarən şagirdlərdə alqoritmik düşüncə tərzinin formalaşdırılması ilə başlamalıdır. Bu, uşağın problemi texnoloji alətlərlə həll etmək bacarığı deməkdir.
Ekspert bildirib ki, mövcud “İnformatika” və “STEAM” dərsləri imitasiya xarakterli layihələrdən təmizlənməli, şagirdlərə praktiki kodlaşdırma, süni intellektin iş prinsipləri və kibertəhlükəsizlik kimi fundamentlər aşılanmalıdır:
“Texnologiya təkcə “oyuncaq” və ya “maket” səviyyəsində qalmamalı, real həyat problemlərinin həllinə yönəlməlidir. Bu prosesdə əsas yük təhsil idarəçilərinin və müəllimlərin üzərinə düşür. Müasir dövrün tələbi odur ki, tədris proqramları kağız üzərində qalmamalı, laboratoriyalar və texnoloji mərkəzlər canlı işlək mexanizmə çevrilməlidir. Müəllimlərin rəqəmsal səriştəsi elə bir səviyyəyə çatdırılmalıdır ki, onlar şagirdə rəqəmsal dünyada həm bələdçilik edə bilsin, həm də onlarda yaradıcı təfəkkürü stimullaşdırsın. Yalnız bu halda Azərbaycan məktəblisi qlobal rəqabətdə öz sözünü deyə bilər və ölkəmiz üçün real rəqəmsal iqtisadiyyatın təməli qoyular”.
Metroda gedişhaqqı ilə bağlı SON DƏQİQƏ - Artırıldı?
Bu marşrut xətləri yeni sistemlə işləyəcək
Azyaşlıya zorakılıq iddiası: Oksana Rəsulova polisə müraciət etdi - VİDEO
Sumqayıtda kanalizasiya suyu məhəlləyə yayılıb – ŞİKAYƏT - FOTO
Erməni dilinin Azərbaycandakı universitetlərdə tədrisi niyə vacibdir? - AÇIQLAMA
Sumqayıtda məhəllənin ortasındakı zibil konteyneri təmizlənmir – ŞİKAYƏT - FOTO
Azərbaycanda bu şəxslərin pensiyası yenidən ARTIRILACAQ
Bakı metrosunda dəyişiklər dərslərin başlanma saatlarına təsir edəcək?
Sənədsiz evdə yaşayanlara VACİB XƏBƏR: Qeydiyyata düşmək üçün...
Millət vəkili: İctimai nəqliyyatda tələbələr üçün güzəşt sistemi YARADILMALIDIR
Yeni metro keçidi hansı ərazidə tikilir? - Rəsmi məlumat










