Qadına köksən, gözəl deyilsən demək qanunsuzluq sayılacaq - Azərbaycanda yeni QANUN

Ailə sirri, ərin (arvadın) şəxsi sirrini yayma, onun bəyənilmədiyini özünə və ya kənar şəxslərə bildirmə ailə qanunvericiliyinə zidd davranış hesab ediləcək.
Avtosfer.az xəbər verir ki, bu, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Şəxsiyyət hüquqlarının müdafiəsi” haqqında 24 dekabr 2025-ci il tarixli qərarında qeyd olunub.
Qərara əsasən, ər-arvadın hüquq, vəzifə və ailədə davranış qaydaları ailənin möhkəmləndirilməsi, ailə üzvlərinin ailə qarşısında qarşılıqlı yardım və məsuliyyəti, onların hüquqlarının maneəsiz həyata keçirilməsi məqsədlərinə xidmət edir.
Belə ki, ailənin hər bir üzvü öz hüquqlarını həyata keçirərkən və vəzifələrini yerinə yetirərkən digər üzvlərin hüquq və azadlıqlarını pozmamalı, ailənin möhkəmləndirilməsi və rifahı üçün birgə fəaliyyət göstərməlidir.
Təməl şəxsiyyət hüquqları ilə yanaşı, ər-arvadın ailə münasibətlərindən doğan hüquq bərabərliyi, ailə daxilində qarşılıqlı yardım və hörmət gözləmək hüququ, sərbəst surətdə soyad, məşğuliyyət, sənət seçmək və s. kimi şəxsiyyət hüquqları da vardır. Bu hüquqların pozulması hərəkət və hərəkətsizlikdə ifadə oluna bilər.
- Məsələn, məişət zorakılığına məruz qoyma, psixi və fiziki şiddət, habelə təzyiq altında saxlama, ərin (arvadın) xəstəliyi, cərrahi əməliyyatı, müalicəsi ilə, arvadın hamiləliyi ilə maraqlanmamaqla onu köməksiz vəziyyətdə qoyma, ailə sirrini və ya ərin (arvadın) şəxsi sirrini yayma, şərəf və ləyaqətini alçaltma, hörmətsiz davranış sərgiləmə (iqtisadi, fiziki, sosial, emosional cəhətdən bəyənilmədiyini mütəmadi və ya kobud formada özünə və ya kənar şəxslərə bildirmə), yaşadığı evdən qovma və ailə qanunvericiliyinə zidd digər davranışlar.
Ər-arvaddan birinin boşanmaq istəməsi, qanunla nəzərdə tutulmuş digər imkanlardan istifadə etməsi (məsələn, nikah dövründə birgə əmlakın bölgüsü barədə iddianın qaldırılması və ya buna dair nikah müqaviləsinin bağlanmasının təklif edilməsi və digər), habelə nikah münasibətlərinin faktiki pozulmasından sonra edilən bir sıra hərəkətlər (məsələn, arvada (ərə) maddi yardım və qayğı göstərməmə, xəstəliyi ilə maraqlanmama və ər-arvad münasibətlərindən irəli gələn digər öhdəlikləri icra etməmə və s.) hüquqazidd əməl kimi qiymətləndirilə bilməz./trend.az
İşəgötürən işçini hansı hallarda işdən çıxara bilər? – HÜQUQŞÜNAS
Məktəblərin maliyyələşməsində yeni dövr: Hansı yeniliklər olacaq?
Bəzi ərazilərdə qaz olmayacaq - YENİLƏNİB
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ












