"Qadınlar övladları ilə gəzməyə çəkinirlər" - Bakıda qəribə park

Rəsulzadə qəsəbəsinin sakinləri redaksiyamıza müraciət edərək qəsəbədə yerləşən Aboyev parkının baxımsız vəziyyətdə olmasından və istirahət üçün heç bir şəraitin yaradılmamasından şikayətləniblər.
Avtosfer.az-ın məlumatına görə, sakinlərdən Yarəliyeva Gülnarə "Bizimyol.info" ya bildirib ki, park illər keçdikcə tamamilə yararsız hala düşüb:
“Parkın adı var, özü yoxdur. 37 il əvvəl buraya köçəndə uşaqlarımızı həmin parka aparırdıq. O vaxtlar orada uşaqlar üçün yelləncəklər, sadə atraksionlar var idi. Lakin son illərdə köhnəlmiş bu qurğuları da sökdülər və səbəb olaraq göstərdilər ki, guya park şəhidin adını daşıdığı üçün yelləncəklərə icazə verilmir. Amma həmin yelləncəklərin yerində indi kafelər açılıb,” – deyə o bildirir.
Sakinlərin sözlərinə görə, park həm baxımsızdır, həm də qəsəbə əhalisi üçün istirahət məkanı funksiyasını itirib. Kafelərdən yayılan kabab qoxusu, səs-küy və çoxlu kişi müştərilərin toplaşması səbəbindən ailələr və qadınlar öz övladlarını parka aparmaqdan çəkinirlər.

“Parkın demək olar ki, bütün hissəsi kafelər tərəfindən zəbt edilib. Qadınlar utandıqlarından uşaqları parka gətirə bilmir. Biz dəfələrlə qonşularla birlikdə icra hakimiyyətinə müraciət etmişik, ərizə yazmışıq, amma nəticə yoxdur,” – deyə Gülnarə Yarəliyeva əlavə edir.
Sakinlər qeyd edirlər ki, qəsəbədə boş ərazilər də mövcuddur və istəsələr, yeni, müasir tələblərə cavab verən park salmaq mümkündür. Lakin buna baxmayaraq, Rəsulzadə qəsəbəsində uşaqlar üçün demək olar ki, heç bir şərait yaradılmayıb.
“Bu cür görkəmli xadimin adını daşıyan qəsəbədə uşaqlar üçün normal park yoxdur. Qaraçuxurda, Xırdalanda gözəl istirahət məkanları var. Amma şəhərə bu qədər yaxın yerləşən bizim qəsəbədə uşaqlar diqqətdən kənarda qalıb,” – deyə sakinlər narazılıqlarını ifadə edirlər.
Sakinlər məsələ ilə bağlı aidiyyəti qurumların tədbir görəcəyinə ümid edirlər.
Xəzər dənizi sürətlə kiçilir - Narahatedici rəqəmlər
Şamaxıda lavanda həvəsi cib yandırır: Giriş 8 manatdır - FOTO
Avropadakı rekord istilər Azərbaycana da gələcək?
Metronun Bənövşəyi xətti üzrə yay qrafikinə keçilir
Baş nazir QƏRAR İMZALADI
Yağış yağacaq, şimşək çaxacaq, dolu düşəcək - SABAHIN HAVASI
Tezliklə maaşlar artırıla bilər - Əhaliyə sevindirici xəbər
Bu şəxslər hərbi xidmətə çağırılır - İyulun 1-dən
Şamaxıda torpaq sürüşməsi oldu - Yollar yararsız hala düşdü - VİDEO
Şamaxıda Ağsu çayı daşdı - İnsanlar yollarda qaldı - VİDEO
Bakıda kabusa çevrilən küçə: "Qəzalar olur, baxan yoxdur" - VİDEO










