"Qanunsuz olaraq malın, maşının saxlanılmasından uzaq durmalıdırlar" - Deputat

"Yüklər nə zaman xarab olur? Qanunsuz və əsassız saxlama ilə bağlı olanda. Yükü bir neçə gün saxlayanda bu olur. Bizə qonşu olan ölkələrdə bir çox hallarda rahatlıqla 1-2 saata həll olunan prosedur, bizim əraziyə keçəndən sonra bir çox hallarda 1-2 gün yubadılmaqla baş verir".
Avtosfer.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Nəqliyyat-ekspedisiya fəaliyyəti haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Fazil Mustafa deyib.
Deputat bildirib ki, belə olan halda malın xarab olmasına görə məsuliyyət ekspeditorun üzərində qalır: "Bu da müştəri ilə aralarında böyük mübahisələr yaradır. Gələcəkdə beynəlxalq yük daşımalarında bu problemlər daha çox ortaya çıxacaq. İndidən müvafiq qurumların məsuliyyət məsələsini qoymayılıq. Müvafiq orqan qanunsuz olaraq 3-5 gün hansısa malın, maşının saxlanılması məsələsindən uzaq durmalıdır. Ancaq məsuliyyət olanda uzaq duracaq. Məsuliyyət olmadıqda həmişə müştəri haqsız çıxacaq. Təklif edirəm ki, bu qanun layihəsində mütləq müavfiq icra hakimiyyəti orqanının məsuliyyətinin konkretləşməsi məsələsinə baxılsın. Bu ölkənin imicidir. Ölkəyə gələn malların, yüklərin daşınması məsələsində əlavə problemlər yaşanmasın, ölkənin iqtisadi nüfuzu aşağı düşməsin"./unikal
İşəgötürən işçini hansı hallarda işdən çıxara bilər? – HÜQUQŞÜNAS
Məktəblərin maliyyələşməsində yeni dövr: Hansı yeniliklər olacaq?
Bəzi ərazilərdə qaz olmayacaq - YENİLƏNİB
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ












