Qarabağda dörd şəhərdə ictimai nəqliyyat sistemi yaradılacaq

"Qarabağ iqtisadi rayonunun dörd şəhərində ictimai nəqliyyat sisteminin yaradılması planlaşdırılır".
Avtosfer.az "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycanın Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) nəqliyyat planlanması departamentinin rəhbəri Fuad Cəfərli III Azərbaycan Milli Şəhərsalma Forumunda (NUFA3) bildirib.
O qeyd edib ki, yerli avtobus istehsalının qurulması vacib amildir: "Çünki Bakıda təxminən 2800-3000 nəqliyyat vasitəsi olmalıdır. Hər il biz şəhər üçün yüzlərlə avtobus alırıq. Bu, yeni marşrutların açılması, köhnəlmiş istiqamətlərin əvəz edilməsi və ayrı-ayrı iş proseslərinin optimallaşdırılması üçün nəzərdə tutulub. Məhz buna investisiya yönəltmək lazımdır. Buraya layihənin özü, avtobusların alınması və avtobus parkının yenilənməsi daxildir. Biz həmçinin inkişafın digər istiqamətləri üzərində də fəal işləyirik".
F.Cəfərli xatırladıb ki, iki il əvvəl azad edilmiş ərazilər üzrə nəqliyyat planının hazırlanması üçün Xankəndidə olub: "Avtobus parkının yenilənməsi ilə yanaşı, azad edilmiş ərazilərdə ictimai nəqliyyat sisteminin yaradılması üçün plan hazırlanıb. Proqramın 2025-2026-cı illər üçün birinci mərhələsi demək olar ki, tamamlanıb. Regionda ictimai nəqliyyat sistemi yaratmağı planlaşdırırıq. Prezidentin son fərmanı bizə yeni avtobuslar almağa və regionlarda ictimai nəqliyyat sistemlərini subsidiyalaşdırmağa imkan verəcək. Proqrama daxil olan 8 şəhərdən 4-ü Qarabağdadır".
Onun sözlərinə görə, gələn ilin əvvəlində region üçün 14 yeni avtobus istehsal olunacaq, həmçinin yerli modellər də alınacaq: "Yeni avtobus depoları tikilir. Laçında nəqliyyatın əlçatanlığı səviyyəsi hələ də aşağı olaraq qalır. Bununla əlaqədar olaraq, həm turistik məqsədlər, həm də sərnişin daşımaları üçün istifadə ediləcək kanat yolunun tikintisi layihəsi hazırlanır".
Paytaxt Bakıdan başqa şəhərə köçürülə bilər? - AÇIQLAMA
Azərbaycanda “Son zəng” tədbirləri üçün TƏLƏBLƏR QOYULDU
Quru sərhədlər açıldı? - RƏSMİ AÇIQLAMA
Bakıda bu marşrut nağdsız ödənişə keçir - Gediş haqqı 70 qəpik olur
Məktəblərdə 300-dən çox şagirdə bir psixoloq kifayət etmir - AÇIQLAMA
Qısamüddətli kurslar və ali təhsil: Əmək bazarında hansı daha üstündür? – Ekspertdən AÇIQLAMA
Magistral yollarda görmə məhdudlaşacaq - 500-1000 metrədək
Avtobus və metronun yükü belə azaldılacaq - Sərnişinlərə şad xəbər
Bakıda iyunun sonuna kimi avtobuslar bu şəxslərə pulsuz olacaq
Yas mərasimlərində yemək verilməsinə məhdudiyyət qoyulacaq?
Bu evləri nə satmaq olur, nə də içində yaşamaq - AÇIQLAMA








