Qış ayları ilə bağlı əhaliyə vacib xəbərdarlıq! – BİZİ ALDADIBLAR?!

Tez-tez səslənən fikirlərdən biri də budur ki, “bu qış sərt keçəcək”. Maraqlıdır ki, bu cür iddiaları demək olar hər il eşidirik. Bəs əslində qış aylarının sərt, yoxsa mülayim keçəcəyini göstərən konkret əlamətlər varmı? Bu proqnozlar nəyə əsaslanır və nə dərəcədə doğrudur?
Avtosfer.az xəbər verir ki, alim, ekoloq Sadiq Həsənov məsələ ilə bağlı “Yeni Sabah”a danışıb. Onun sözlərinə görə, burada bir neçə vacib məqama diqqət yetirmək lazımdır:
“Ümumiyyətlə, Azərbaycanda hava şəraitini, xüsusilə də soyuq hava proseslərini ölkəyə müxtəlif istiqamətlərdən daxil olan hava kütlələri müəyyən edir. Bu istiqamətlər əsasən üçdür. Birincisi, kontinental arktik qütb havasıdır. Bu hava kütlələri Arktika qütbündən gəlir, quru və olduqca soyuq xarakter daşıyır. Əsasən Sibir və Barens dənizi istiqamətindən Azərbaycana daxil olur və daha çox qış aylarında təsir göstərir.
İkincisi, dəniz mənşəli arktik hava kütlələridir. Bu kütlələr Qrenlandiya və Şpitsbergen istiqamətindən gəlir və əsasən mart–aprel aylarında ölkəmizə doğru yönəlir. Onlar da soyuq hava gətirən hava axınlarıdır.
Üçüncüsü isə şimal Xəzri küləkləridir. Xəzər dənizi üzərindən əsən bu küləklər də havanın soyumasında mühüm rol oynayır və soyuq hava kütlələrinin ölkəyə daxil olmasına şərait yaradır”.
Ekspert bildirib ki, Böyük Qafqaz sıra dağları şimaldan gələn soyuq hava kütlələrinin qarşısını qismən alaraq hava şəraitini müəyyən qədər normallaşdırır:
“Bu da Azərbaycanın iqliminin formalaşmasında mühüm amillərdən biridir və temperaturun kəskin şəkildə aşağı düşməsinə mane olur. Hazırkı müşahidələr göstərir ki, Azərbaycanda qışın sərt və uzunmüddətli soyuq keçəcəyini deməyə əsas verən ciddi əlamətlər yoxdur. Çünki son illər iqlim dəyişiklikləri özünü açıq şəkildə göstərir. Fəsillərin və aylardakı hava şəraitinin yeri dəyişib. Məsələn, noyabr ayında mülayim və isti hava şəraiti müşahidə etdik. Dekabr və yanvar aylarında qısa müddətli soyuq hava kütlələrinin daxil olması mümkündür. Lakin bu proseslərin uzun çəkməyəcəyi və sonradan yenidən mülayim hava ilə əvəz olunacağı ehtimal edilir. Bu səbəbdən qışın tam olaraq sərt, yoxsa mülayim keçəcəyini əvvəlcədən dəqiq demək çətindir. Ancaq ümumi ehtimala görə, soyuq hava kütlələri uzunmüddətli və davamlı olmayacaq”.
“Hazırda müşahidə olunan təxminən 1,5 dərəcəlik temperatur artımı artıq bütün dünyada hava mühitini ciddi şəkildə dəyişib. Bu prosesin təsiri ilə Avropanın bir çox ölkəsində qış fəsli əvvəlki illərlə müqayisədə daha az soyuq keçir, hava şəraiti əsasən mülayim olur. Şimal qütbündən və Arktika bölgəsindən daxil olan hava kütlələrinin artıq əvvəlki kimi sərt xarakter daşımaması onu göstərir ki, Azərbaycanda da hava şəraiti yalnız qısa müddətli soyuq epizodlarla müşahidə oluna bilər. Bu qısa soyuq dövrlərdən sonra isə yenidən mülayimləşmə mərhələsi başlayacaq”, – deyə S.Həsənov vurğulayıb.
Həmçinin, o, əlavə edib ki, iqlimdə baş verən kəskin dəyişikliklər fonunda tam dəqiq və uzunmüddətli proqnoz vermək mümkün deyil:
“Çünki temperatur artımı davam edir, qlobal istiləşmə prosesi güclənir və bu hal həm Arktika, həm də Antarktika – yəni Cənub qütbü ərazilərində hava mühitində ciddi dəyişikliklərə səbəb olur. Buzlaqların əriməsi, soyuq hava kütlələrinin əvvəlki intensivliklə formalaşmaması müşahidə olunur ki, bu da ümumi hava mühitinin daha mülayim keçməsinə gətirib çıxarır”.
"Gediş-gəliş mümkün deyil, batırıq" - Biləcəridə yol problemi - VİDEO
Hamının dilinin əzbəri olan “uşaqlıq travması” əslində nədir? - Psixoloq AÇIQLADI
Tələbələr üçün verilən endirim kartları gənclərin işinə nə qədər yarayır? – Ekspert AÇIQLADI
İnstaqramdakı səhifədən planşet alan şəxs aldadılıb təhdid edildi – ŞİKAYƏT - FOTO
"Nə təcili yardım gəlir, nə taksi" - Asfalt üzünə həsrət qalan kənd - VİDEO
Birləşmiş Krallıqda nə baş verir? Niyə bu ölkə 19 ildə 7 baş nazir dəyişib? – AÇIQLAMA
Metroda xətlərin ayrılması prosesində sərnişinlərə gediş haqqı güzəşti ola bilərmi? - AÇIQLAMA
Uşaqlarda boy artımı niyə ləngiyir? Genetika, yoxsa xəstəlik? - Pediatrdan AÇIQLAMA
Əlilliyi olan şəxslərin əl işləri bu saytda satışa çıxarılacaq – RƏSMİ AÇIQLAMA - VİDEO
Sakinləri çıxılmaz vəziyyətə salan yol – Bu cür yaşayış olmaz - VİDEO
Vətəndaş yaşadığı yerdə su borusunun partlamasından şikayətləndi; qurum hərəkətə keçdi - VİDEO











