"Qonşu gəldi ki, bizim evə qeydiyyata düşmüsünüz" - Vətəndaşların üzləşdiyi problem - VİDEO

Gəncə şəhərinin Faiq Bayramov küçəsində yaşayan bir qrup sakin ciddi bir problemlə üzləşib. Avtosfer.az xəbər verir ki, yaşayış ünvanlarının dəyişdirilməsindən sonra onların evlərində tanımadıqları şəxslər qeydiyyata düşüblər.
Vətəndaşlar bu vəziyyətdən narazılıq edərək, çıxış yolu tapa bilmədiklərini bildirirlər. Onların sözlərinə görə, bu şəxslərin çoxu ölkə hüdudlarından kənarda yaşayırlar:
"Qeydiyyata alınan şəxslərin çoxu Azərbaycanın hüdudlarından kənardadırlar, mən nə onları qeydiyyatdan çıxara bilirəm, nə də kimə şikayət edirəm, deyirlər bizlik deyil".
Sakinlərdən biri isə öz evindəki vəziyyəti belə izah edib:
"17 nəfərdən 4-ü bizik, 13-ü qonşulardır. Qonşular da deyirlər ki, biz həmin ünvandan çıxsaq, havada qalırıq. Həmin qonşuları da qeydiyyata o biri qonşular salıblar. Biz ünvanları dəyişmək üçün gərək bütün qonşular bir-birini məhkəmə yolu ilə çıxarsın, təzədən şəxsiyyət vəsiqələri yenilənsin və çıxarış düzəlsin".
Vətəndaşlar bu prosesin həm vaxt, həm də maliyyə baxımından çətin olduğunu qeyd edirlər. Onlar tək məhkəmə rüsumunun 100 manat, vəkilə ərizə yazdırmaq üçün isə 30-40 manat ödənməli olduğunu vurğulayırlar.
Əmlak Məsələləri Dövlət Xidmətinin (ƏMDXN) Ünvan Şöbəsinin müdiri Rəna Vəliyeva məsələyə aydınlıq gətirib:
"Köhnə qaydalarla ünvanların təkrarlanma halları çox olurdu. Bu və digər problemlərə görə biz ölkə üzrə yeni qaydalara, yeni sistemə keçid etdik. Yeni qaydalarla verilən ünvanlar təkrarlanmır".
Daha ətraflı Baku TV-nin süjetində:
Metroda gedişhaqqı ilə bağlı SON DƏQİQƏ - Artırıldı?
Bu marşrut xətləri yeni sistemlə işləyəcək
Azyaşlıya zorakılıq iddiası: Oksana Rəsulova polisə müraciət etdi - VİDEO
Sumqayıtda kanalizasiya suyu məhəlləyə yayılıb – ŞİKAYƏT - FOTO
Erməni dilinin Azərbaycandakı universitetlərdə tədrisi niyə vacibdir? - AÇIQLAMA
Sumqayıtda məhəllənin ortasındakı zibil konteyneri təmizlənmir – ŞİKAYƏT - FOTO
Azərbaycanda bu şəxslərin pensiyası yenidən ARTIRILACAQ
Bakı metrosunda dəyişiklər dərslərin başlanma saatlarına təsir edəcək?
Sənədsiz evdə yaşayanlara VACİB XƏBƏR: Qeydiyyata düşmək üçün...
Millət vəkili: İctimai nəqliyyatda tələbələr üçün güzəşt sistemi YARADILMALIDIR
Yeni metro keçidi hansı ərazidə tikilir? - Rəsmi məlumat










