Quş qripi təhlükəsi qapıda: Azərbaycan hansı risklərlə üz-üzədir?

Avropada quş qripinin yenidən geniş vüsət alması hökumətləri ciddi tədbirlər görməyə məcbur edib. İrlandiya, İngiltərə və Fransa kimi ölkələr milyonlarla quşu qapalı şəraitə keçirməklə virusun yayılmasının qarşısını almağa çalışırlar. Qitədə ölümcül quş qripi hallarının artması region ölkələrini də narahat edir.
Maraqlıdır, Bəs, quş qripinin Azərbaycana yayılma ehtimalı hazırda nə qədərdir?
Avtosfer.az-ın məlumatına görə, mövzu ilə bağlı Konkret.az-a danışan Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, Avropada quş qripinin geniş yayılması ümumilikdə region üçün risk yaratsa da, Azərbaycan hazırda rəsmi şəkildə bu virusdan azad ölkə kimi qeyd olunur. Onun sözlərinə görə, tam təhlükəsizlikdən danışmaq mümkün deyil:

“Lakin ölkə köçəri quşların miqrasiya yolu üzərində yerləşdiyinə görə risk tam sıfır deyil. Dövlətin monitorinq və baytarlıq nəzarəti prosesi davam edir və vəziyyət nəzarətdə saxlanılır”, – ekspert vurğulayıb.
Qiymət artımı ehtimalına da toxunan iqtisadçı hazırda bazarda ciddi bahalaşma gözlənilmədiyini bildirib:
“Hazırda real qiymət artımı üçün əsas yoxdur. Lakin əgər quş qripi ölkəyə daxil olsa, fermalarda kütləvi məhv etmə və ya istehsalın məhdudlaşdırılması qaçılmaz olar. Bu halda yumurta və toyuq ətinin bahalaşması mümkündür. İndiki mərhələdə bazarda panika yaratmağa dəyməz”, – Nəsirli qeyd edib.
Qeyd edək ki, quş qripi Avropada xüsusilə iri quşçuluq təsərrüfatlarında ciddi itkilərə səbəb olur. Azərbaycan isə prosesi yaxından izləyir və profilaktik tədbirlər gücləndirir.
Metroda gedişhaqqı ilə bağlı SON DƏQİQƏ - Artırıldı?
Bu marşrut xətləri yeni sistemlə işləyəcək
Azyaşlıya zorakılıq iddiası: Oksana Rəsulova polisə müraciət etdi - VİDEO
Sumqayıtda kanalizasiya suyu məhəlləyə yayılıb – ŞİKAYƏT - FOTO
Erməni dilinin Azərbaycandakı universitetlərdə tədrisi niyə vacibdir? - AÇIQLAMA
Sumqayıtda məhəllənin ortasındakı zibil konteyneri təmizlənmir – ŞİKAYƏT - FOTO
Azərbaycanda bu şəxslərin pensiyası yenidən ARTIRILACAQ
Bakı metrosunda dəyişiklər dərslərin başlanma saatlarına təsir edəcək?
Sənədsiz evdə yaşayanlara VACİB XƏBƏR: Qeydiyyata düşmək üçün...
Millət vəkili: İctimai nəqliyyatda tələbələr üçün güzəşt sistemi YARADILMALIDIR
Yeni metro keçidi hansı ərazidə tikilir? - Rəsmi məlumat










