Raket zərbələri zəlzələ ocaqlarını oyadır - SENSASİON AÇIQLAMA

Ötən ayın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyata başlayıb. Endirilən hava zərbələrinə cavab olaraq İran ABŞ-nin Fars körfəzi ölkələrində yerləşən hərbi bazalarına hücum edib. Yaxın Şərqdə davam edən vəziyyət bir çox sahələrə öz mənfi təsirlərini ilk gündən göstərməyə başlayıb. Davam edən proses həm İran, həm qonşu ölkələr üçün ekoloji təhlükələr yaradır. Mütəxəssislərin fikrincə, atılan raketlər həm də yeri silkələyərək zəlzələ ocaqlarını oyadır.
Maraqlıdır ki, baş verən bu proses Azərbaycanın sərhəd rayonlarında zəlzələ ocaqlarını oayada və iri dağıntılara səbəb ola bilərmi?
Avtosfer.az-ın məlumatına görə, bu barədə "Bizim.Media"ya açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) baş direktoru Qurban Yetirmişli bildirib ki, baş verən silkələnmə bəzi zəlzələ ocaqlarını aktivləşdirə və tezləşdirə bilər:
“Bu təsirlər lokal xarakterlidir. Amma atılan raketlər səbəbindən baş verən silkələnmə bəzi zəlzələ ocaqlarını aktivləşdirə və tezləşdirə bilər. Sərhəd bölgələrimizdə lokal xarakterli xırda, hiss olunmayan təkanlar onsuz da baş verir. Demək olar ki, hər gün xırda təkanlar qeydə alınır. mma elə bir zonamız yoxdur ki, dağıdıcı zəlzələ baş vermə ehtimalı olsun”.
İşəgötürən işçini hansı hallarda işdən çıxara bilər? – HÜQUQŞÜNAS
Məktəblərin maliyyələşməsində yeni dövr: Hansı yeniliklər olacaq?
Bəzi ərazilərdə qaz olmayacaq - YENİLƏNİB
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ












