Rayonlarda bu sahələr üzrə işçi tapılmır - AÇIQLANDI

Rayonlarda bəzi sahələr üzrə iş tapmaq olmur. Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Avtosfer.az milli.az-a istinadən xəbər verir ki, komitənin məlumatına görə, işəgötürənlərin ən çox əziyyət çəkdiyi sahələr texniki ixtisaslar, satış və marketinq, mühasibatlıq, maliyyə, tikinti və fiziki işlər, kənd təsərrüfatı və heyvardarlıq, ticarət, turizm, ofis və inzibati işlərdir.
Bəs kadr çatışmazlığının əsas səbəbi nələrdir?
Kariyera mütəxəssisi Nicat Həmidov bildirib ki, əsas səbəblərdən biri namizədin peşə bacarıqlarının olmaması, namizədin təcrübəsizliyi, əməkhaqqı gözləntisinin yüksək olmasıdır.
Qurum rəsmisinin sözlərinə görə, təhsil, tibb və digər ixtisaslaşmış sahələr üzrə də işçi çatışmazlığı mövcuddur.
İnsan Resursları üzrə mütəxəssis Röyal Əhmədov bildirib ki, təhsil alan şəxslərin öz ixtisasları üzrə deyil, fərqli ixtisaslar üzrə inkişaf etməkləri ilə bağlıdır:
"Nəticədə bu həmin sahələr üzrə işçi çatışmazlığına səbəb olur. Mövcud kadr çatışmazlığı regional inkişafın, iqtisadi artımın qarşısında əsas maneələrdən biri olaraq qalır".
İşəgötürən işçini hansı hallarda işdən çıxara bilər? – HÜQUQŞÜNAS
Məktəblərin maliyyələşməsində yeni dövr: Hansı yeniliklər olacaq?
Bəzi ərazilərdə qaz olmayacaq - YENİLƏNİB
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ












