Rəsmi maaş alanlar bu ödənişlərdən azad olunacaq? – Vacib açıqlama - VİDEO

Hazırda bir çox vətəndaş pensiya yaşına çatmadan dünyasını dəyişir. Bu halda, onların pensiya kapitalına yığılan vəsaitin aqibəti qeyri-müəyyən qalır, çünki həyat yoldaşı bəzən həmin vəsaiti ala bilmir və pul büdcədə saxlanılır.
Eyni zamanda, rəsmi işləyənlərin maaşından avtomatik olaraq sığorta, pensiya və vergi üçün müəyyən hissələr tutulur. Belə halda könüllü pensiya sistemindən imtina edib yalnız vergi ödəmək mümkündürmü?
Əgər vətəndaş könüllü pensiya hesabına qatılmaq istəmirsə, sadəcə, vergi ödənişi ilə rəsmi maaş alması mümkündürmü?
Avtosfer.az bildirir ki, məsələ ilə bağlı danışan hüquq elmləri doktoru, iqtisadçı Vüsalə Əhmədova deyib ki, hazırda Azərbaycanda pensiya sistemi Dövlət Sosial Müdafiə Fondu tərəfindən idarə olunan məcburi dövlət sosial sığorta prinsipi ilə işləyir:
“Hələ ölkəmizdə könüllü pensiya seqmenti fəaliyyət göstərmir. Söhbət dövlətin məcburi pensiya sistemindən gedirsə, hüquqi olaraq imtina mümkün deyil. Rəsmi əmək müqaviləsi ilə işləyən bütün şəxslər dövlət sosial sığorta haqqı, o cümlədən də, gəlir vergisi, işsizlik sığortası, icbari tibbi sığorta haqqı ödəməyə məcburdur. Məsələn, şəxs rəsmi əmək müqaviləsi ilə işləyir, lakin sosial sığorta tutulmasından imtina edir. Bu imtinanın heç bir hüquqi qüvvəsi olmayacaq. İşəgötürən yenə də sosial sığorta haqqını tutmağa məcburdur. Tutulmazsa və bu qanun pozuntusu vergi yoxlamaları zamanı aşkar edilərsə işəgötürən cərimələnə bilər, geriyə dönük borc hesablanar, əlavə maliyyə sanksiyaları tətbiq olunar və s.”
Vüsalə Əhmədova
İqtisadçının sözlərinə görə, yalnız rəsmi əmək müqaviləsi olmadan işləyənlərin pensiya sisteminə qatılmaması mümkündür:
“Məsələn, Qərb ölkələrində, o cümlədən də, Amerika və Türkiyədə dövlət pensiya sistemi, özəl və ya korporativ pensiya modelləri paralel işləyir. Xüsusilə yüksək gəlirli və ya özünüməşğul şəxslər üçün müəyyən alternativ rejimlər mövcuddur. Bu ölkələrdə də dövlət pensiya sistemindən tam imtina etmək mümkün olmur (bəzi istisnalar var əlbəttə), amma iş yerinin özəl pensiya proqramından çıxması mümkündür. Dövlət pensiya sistemi bir növ minimum təminat rolunu oynayır”.
Pensiya kapitalına yığılan vəsaitin aqibətinə gəlincə, V.Əhmədova bildirib ki, pensiya kapitalı fərdi hesabda toplansa da, bu, tam mənada bank əmanəti kimi sərbəst miras qalan vəsait sayılmır:
“Əgər şəxs pensiya yaşına çatmadan vəfat edərsə, onun fərdi hesabındakı vəsait qanuni vərəsələrə o halda verilə bilər ki, rəsmi qaydada tələb olunsun. Bunun üçün notarial qaydada vərəsəlik hüququ rəsmiləşdirilməlidir. Əgər müraciət edilməsə və ya hüquqi prosedur tamamlanmasa, bəli, vəsait sistem daxilində qalacaq. Yəni avtomatik vərəsələrə keçməyəcək”.\\Globalinfo.az
Xəzər dənizi sürətlə kiçilir - Narahatedici rəqəmlər
Şamaxıda lavanda həvəsi cib yandırır: Giriş 8 manatdır - FOTO
Avropadakı rekord istilər Azərbaycana da gələcək?
Metronun Bənövşəyi xətti üzrə yay qrafikinə keçilir
Baş nazir QƏRAR İMZALADI
Yağış yağacaq, şimşək çaxacaq, dolu düşəcək - SABAHIN HAVASI
Tezliklə maaşlar artırıla bilər - Əhaliyə sevindirici xəbər
Bu şəxslər hərbi xidmətə çağırılır - İyulun 1-dən
Şamaxıda torpaq sürüşməsi oldu - Yollar yararsız hala düşdü - VİDEO
Şamaxıda Ağsu çayı daşdı - İnsanlar yollarda qaldı - VİDEO
Bakıda kabusa çevrilən küçə: "Qəzalar olur, baxan yoxdur" - VİDEO











