Risk altındasınız! - Əhaliyə xəbərdarliq edildi

Qriplə bağlı ölkə üzrə hazırki epidemioloji vəziyyət ürəkaçan deyil. Hansı yaş qruplarında hansı ağırlaşmaların yarana biləcəyi isə müzakirə mövzusudur.
Bəs praktikada rast gəlinən əsas ağırlaşmalar nələrdir?
Qrip peyvəndi olunanlar hansı ağırlaşmalardan qorunmuş olurlar?
Vaksin etdirənlərin statistikası varmı? Hansı yaş qrupları üçün vaksin daha vacibdir?
Avtosfer.az xəbər verir ki, bütün bu suallara Nocomment.az-a açıqlamasında Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov cavab verib.

“Hər il olduğu kimi qış aylarında qripə yoluxma hallarının bir qədər çox olduğunu müşahidə edirik. Epidemioloji qanunauyğunluqlar əsasında deyə bilərik ki, mart ayında və daha sonra qripə yoluxma hallarının azalması gözlənilir. Ölkədə epidemioloji durum müvafiq səhiyyə qurumları tərəfindən ciddi izlənilir. Aparılan müşahidə və tədqiqatlar hazırda qrip infeksiyası ilə əlaqədar epidemioloji vəziyyətin nəzarət altında olmasını göstərir. Bu hallarda əlavə tədbirlərə ehtiyac duyulmur”.
İnfeksionist bildirib ki, qripin ağırlaşmaları 5 yaşın altında olan uşaqlar ilə yanaşı digər risk qruplarında da müşahidə edilir:
“Bunlara hamilələr, 65+ yaşlı insanlar və müxtəlif səbəbli immundefisiti və ağır yanaşı xroniki xəstəlikləri olan şəxslərdir. Vaksinasiya qeyd edilən bütün risk qruplarına daxil olan insanlar üçün ciddi tövsiyə olunur. Ən çox rast gələn ağırlaşmalar əsasən pnevmoniya, həmçinin uşaqlarda orta qulağın iltihabı təsadüf olunur. Qripə qarşı vaxtında edilmiş vaksinasiya yoluxma hallarında xəstəliyin asimptomatik, bəzən yüngül və fəsadsız keçməsinə səbəb olur. Vaksin eyni dərəcədə bütün fəsadlardan şəxsi qoruyur və risk qruplarına daxil olan insanların peyvənd olunması bu məqsədi daşıyır”.
“Ümumi gigiyena tədbirlərinə əməl olunması tövsiyə olunur:
1. Əllərin tez-tez və ən azı 20 saniyə sabun və su ilə yaxşıca yuyulması. (bu, bütün ailə üzvlərinə, xüsusən öskürmədən, asqırdıqdan sonra və ya körpələrlə təmasdan əvvəl aiddir).
2. Tənəffüs yollarının gigiyenasına riayət edilməsi: öskürərkən və asqırarkən ağzı və burnu əllərlə deyil, birdəfəlik salfet və ya dirsəklə bağlanması.
3. Xəstə insanlarla yaxın təmasdan çəkinmək
4. Tez-tez istifadə olunan əşyaların və səthlərin (qapı tutacaqları, oyuncaqlar) müntəzəm təmizlənməsi.
5. Kəskin respirator virus infeksiyası epidemiyaları dövründə insanların böyük izdihamından yayınmaq.
6. Xəstə insanlar (xüsusilə uşaqlar) mümkünsə evdə qalmalı və risk qrupuna aid insanlarla (körpələr, yaşlılar) təmasdan çəkinməlidirlər.
7. Körpələr üçün ana südü ilə qidalanmanın davam etdirilməsi, çünki ana südü qoruyucu faktorları ehtiva edir”, – mütəxəssis yekunlaşdırıb.
Metroda gedişhaqqı ilə bağlı SON DƏQİQƏ - Artırıldı?
Bu marşrut xətləri yeni sistemlə işləyəcək
Azyaşlıya zorakılıq iddiası: Oksana Rəsulova polisə müraciət etdi - VİDEO
Sumqayıtda kanalizasiya suyu məhəlləyə yayılıb – ŞİKAYƏT - FOTO
Erməni dilinin Azərbaycandakı universitetlərdə tədrisi niyə vacibdir? - AÇIQLAMA
Sumqayıtda məhəllənin ortasındakı zibil konteyneri təmizlənmir – ŞİKAYƏT - FOTO
Azərbaycanda bu şəxslərin pensiyası yenidən ARTIRILACAQ
Bakı metrosunda dəyişiklər dərslərin başlanma saatlarına təsir edəcək?
Sənədsiz evdə yaşayanlara VACİB XƏBƏR: Qeydiyyata düşmək üçün...
Millət vəkili: İctimai nəqliyyatda tələbələr üçün güzəşt sistemi YARADILMALIDIR
Yeni metro keçidi hansı ərazidə tikilir? - Rəsmi məlumat










