Sabah üç rayonda qaz olmayacaq

Sabah Siyəzən, Şabran və Qusar rayonlarının qaz təchizatında fasilə yaranacaq.
Avtosfer.az xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyinin Xaçmaz Regional Qaz İstismarı İdarəsindən məlumat verilib.
Bildirilib ki, Siyəzən rayonun ərazisində olan İnteqrasiya məktəbinə yeni çəkilmiş qaz xəttinin mövcud olan orta təzyiqli qaz xəttinə qoşulması ilə əlaqədar olaraq sabah saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq. Qaz təchizatı dayandırılan müddətdə M.Müşfiq, H.Əliyev, T.İsmayılov, Babək, Nizami, Şəhriyar, S.Vurğun və N.Nərimanov küçələri olmaqla ümumilikdə 592 abonentin qaz təchizatında fasilə yaranacaq.
Şabran rayonun Ağalıq kəndi ərazisində istismarda olan qaz xəttində balans sayğacın quraşdırılması ilə əlaqədar olaraq saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq. Qaz təchizatı dayandırılan müddətdə Ağalıq kəndinin müəyyən hissəsi, Daşlıyataq və Günəşli kəndləri olmaqla ümumilikdə 393 abonentin qaz təchizatında fasilə yaranacaq.
Qusar rayonun Çiləgir kəndi ərazisində isə saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq. Bu müddətdə Çiləgir kəndi, H.Əliyev, Z.Əliyeva, Rəsulbəyov və Zaman Baxışov küçələri olmaqla ümumilikdə 2077 abonentin qaz təchizatında fasilə yaranacaq.
Türk xalqı Azərbaycanın milli maraqlarını nəzərə almalıdır – ŞƏRH
Aqrar məhsulların ixracı artarsa, ölkədə qiymətlər yüksələ bilər – İQTİSADÇI
“Azpertrol” əməkdaşı maşına dizel yerinə benzin vurdu – ŞİKAYƏT
Avtobusa minənlərin diqqətinə...
Bu marşrut avtobusları “Şamaxinka”da saxlamayacaq
Sumqayıtda mənzillər BAHALAŞDI - VİDEO
Sərnişinlərin NƏZƏRİNƏ: Bu marşrut avtobuslarının yolu DƏYİŞDİRİLDİ - YENİLƏNİB
İşsizlik sığortasının hesablanma qaydası necədir? - AÇIQLAMA
Uşağınızın telefonu varsa bu qaydanı bilməlisiniz - XƏBƏRDARLIQ
Metro ilə bağlı SON DƏQİQƏ MƏLUMATI: Sabahdan... - RƏSMİ
Metroda gedişhaqqı ilə bağlı SON DƏQİQƏ - Artırıldı?











