Şagirdlərə planşet paylanacaq? - Təhsildə yeni dövr: AÇIQLAMA

Azərbaycanda tədris prosesində rəqəmsallaşmanın genişləndirilməsi ilə bağlı müzakirələr davam edir. Xüsusilə dərsliklərin elektron formata keçirilməsi və bunun qanunvericilik səviyyəsində tənzimlənməsi məsələsi gündəmdədir.
Mövzu ilə bağlı açıqlama verən təhsil eksperti Məzahir Məmmədli bildirib ki, hazırda ölkədə istifadə olunan bütün dərsliklərin elektron formatları mövcuddur və bu istiqamətdə hüquqi tənzimləmə təşəbbüsləri irəli sürülüb.
“Bu addımlar təhsil sahəsində rəqəmsallaşma prosesinin sürətlənməsi baxımından mühüm əhəmiyyət daşıyır. Şagirdlərin planşetlərlə təmin edilməsi və xüsusilə ucqar bölgələrdə yerləşən məktəblərdə dayanıqlı və sürətli internet infrastrukturunun yaradılması dərsliklərin rəqəmsal istifadəsini ciddi problem olmaqdan çıxara bilər”, — deyə ekspert qeyd edib.
Məzahir Məmmədlinin sözlərinə görə əsas məsələ maliyyə və texniki imkanların düzgün qiymətləndirilməsi və prosesin əvvəlcədən planlaşdırılmasıdır:
“Bütün məktəblərin bu sistemə uyğunlaşdırılması üçün zəruri addımlar atılmalıdır. Əgər bu sahə qanuni əsasda tənzimlənər və Milli Məclis tərəfindən müvafiq qərar qəbul olunarsa, dərsliklərin elektron formata keçirilməsi və tədris prosesində tətbiqi ciddi çətinlik yaratmayacaq”.
Ekspert vurğulayıb ki, ümumilikdə təhsil sistemində rəqəmsallaşmanın geniş tətbiqi üçün lazımi şərtlər mövcuddur:
“Əsas tələb olunan bu prosesin düzgün idarə olunması və davamlı nəzarətdə saxlanılmasıdır. Bu dəyişikliklər şagirdlər, müəllimlər və valideynlər üçün təhsil resurslarına çıxışı daha rahat və əlçatan edəcək”.
Qeyd edək ki, dərsliklərin elektron formata keçirilməsi təhsil sistemində innovativ yanaşmaların tətbiqi və tədris resurslarından səmərəli istifadənin artırılması baxımından mühüm addım hesab olunur./demokrat.az
Metroda gedişhaqqı ilə bağlı SON DƏQİQƏ - Artırıldı?
Bu marşrut xətləri yeni sistemlə işləyəcək
Azyaşlıya zorakılıq iddiası: Oksana Rəsulova polisə müraciət etdi - VİDEO
Sumqayıtda kanalizasiya suyu məhəlləyə yayılıb – ŞİKAYƏT - FOTO
Erməni dilinin Azərbaycandakı universitetlərdə tədrisi niyə vacibdir? - AÇIQLAMA
Sumqayıtda məhəllənin ortasındakı zibil konteyneri təmizlənmir – ŞİKAYƏT - FOTO
Azərbaycanda bu şəxslərin pensiyası yenidən ARTIRILACAQ
Bakı metrosunda dəyişiklər dərslərin başlanma saatlarına təsir edəcək?
Sənədsiz evdə yaşayanlara VACİB XƏBƏR: Qeydiyyata düşmək üçün...
Millət vəkili: İctimai nəqliyyatda tələbələr üçün güzəşt sistemi YARADILMALIDIR
Yeni metro keçidi hansı ərazidə tikilir? - Rəsmi məlumat










