Sakin məhkəmədə udub, icra hakimiyyəti isə "order saxtadır" deyir - YASAMALDA MƏNZİL QALMAQALI

Bakının Yasamal rayonunda yerləşən Yeni Yasamal-1 yaşayış massivində yaşayan sakinlə rəsmi qurumlar arasında mübahisə yaranıb. Avtosfer.az xəbər verir ki, bu barədə sosial şəbəkədə paylaşım edilib.
Qeyd olunub ki, "Yeni Yasamal-1" ev 12, mənzil 196-da yaşayan Qönçə Həbib qızı Məmmədli iddia edir ki, ona məxsus əmlak qanunsuz şəkildə əlindən alınır. Şikayətçi bildirir ki, rayon icra hakimiyyəti ilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi arasında razılaşma nəticəsində onun order əsasında sahib olduğu mənzil mübahisələndirilir. Vətəndaşın sözlərinə görə, məsələ ilə bağlı dəfələrlə müxtəlif dövlət qurumlarına, o cümlədən rayon icra hakimiyyətinə müraciət etsə də, problem həllini tapmayıb. Q.Məmmədli qeyd edib ki, yekunda hüquqlarının bərpası üçün Bakı İnzibati Məhkəməsinə müraciət edib. Məhkəmə onun iddiasını təmin edərək, daşınmaz əmlak üzərində hüququnu tanıyıb. Lakin sakinin iddiasına görə, icra hakimiyyəti məhkəmə qərarına baxmayaraq, mənzilin ona məxsus olmasını qəbul etmir və verilmiş orderin hüquqi əsasının olmadığını bildirir. Çarəsiz vəziyyətdə qaldığını deyən şikayətçi ölkə rəhbərliyinə müraciət edib. O, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevadan kömək istəyərək, məsələnin araşdırılması üçün göstəriş vermələrini xahiş edib.
Məsələ ilə bağlı Yasamal Rayon İcra Hakimiyyətindən Oxu.az-a bildirildi ki, şikayətçinin əlində olan order qanunsuzdur:
"Yasamal rayonu, Yeni Yasamal-1 küçəsi, ev 12 ünvanında yerləşən Yasamal Rayon İcra Hakimiyyətinin balansında olan 196 nömrəli mənzilin özəlləşdirilməsinə dair Rayon İcra Hakimiyyəti tərəfindən razılıq verilmədən (orderin arxiv arayışı olmadan, kirayə müqaviləsi bağlanılması barədə sərəncam verilmədən, başqa şəxsin adına qüvvədə olan sərəncamın olması nəzərə alınmadan) Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi Şəxsi tərəfindən xüsusi mülkiyyət hüququ əsasında Qönçə Həbib qızı Məmmədlinin adına çıxarış verilməsi tərəfimizdən qanunsuz hesab edilib. Çıxarışın etibarsız hesab edilməsi və dövlət reyestrində aparılmış qeydin ləğvi barədə Bakı İnzibati Məhkəməsinə müraciət olunub.
Qönçə Həbib qızı Məmmədli Yasamal rayonu, Yeni Yasamal-1 küçəsi, ev 12 ünvanında yerləşən 196 saylı mənzilə 04.11.2025-ci il tarixdə daimi qeydiyyata düşüb. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən xüsusi mülkiyyət hüququ əsasında Qönçə Həbib qızı Məmmədlinin adına 03.12.2025-ci il tarixli 1125175995 nömrəli çıxarış verilib.
Hazırda iş Bakı İnzibati Məhkəməsinin icraatındadır. Məsələyə məhkəmə tərəfindən müvafiq hüquqi qiymət bildiriləcək".
İşəgötürən işçini hansı hallarda işdən çıxara bilər? – HÜQUQŞÜNAS
Məktəblərin maliyyələşməsində yeni dövr: Hansı yeniliklər olacaq?
Bəzi ərazilərdə qaz olmayacaq - YENİLƏNİB
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ












