Sakinlər öz hesablarına tikdikləri körpü yararsız vəziyyətə düşüb - VİDEO

Lerik rayonunun Nücü kəndi ərazisində yerləşən Viləş körpüsünün qəzalı vəziyyətdə olduğu bildirilir. Avtosfer.az xəbər verir ki, bununla bağlı Oxu.az-a şikayət daxil olub.
Bildirilib ki, sözügedən körpüdən ümumilikdə beş kəndin sakinləri istifadə edirlər.
"Vaxtilə beş kəndin sakinləri öz şəxsi hesablarına bu körpünü düzəltmişdilər. Hazırda isə körpü yararsız vəziyyətdədir. Hər gün uşaqlar, yaşlılar və ailələr bu körpüdən keçməyə məcburdurlar. Xüsusilə qarlı və buzlu havada maşınlar sürüşür, qəza riski çox yüksəkdir", - deyə şikayətdə vurğulanıb.
Lerik Rayon İcra Hakimiyyətindən (RİH) fakt təsdiqlənib.
Qeyd olunub ki, söhbət uzunluğu 37.8 kilometr olan Əliabad-Kiravud-Nücü-Vamadüğün avtomobil yolundan gedir.
"Bəli, yazılanlar doğrudur. Həmin yol ən problemli yollarımızdan biridir və həqiqətən də hazırda pis vəziyyətdədir. Bununla bağlı bütün layihə-smeta sənədləri hazırlanaraq müvafiq qurumlara təqdim olunub. Cari il üçün investisiya ayrılması nəzərdə tutulur, yəni bu il dövlət tərəfindən layihə üçün vəsait ayrılacaq. Hələ il yeni başlayıb, gözləyirik ki, məsələ müsbət həllini tapsın. Həmin yolun tikintisi həyata keçiriləcək. Onu da qeyd edək ki, orada təkcə Viləş körpüsünün deyil, əlavə olaraq 20-dən artıq körpü və suötürücü qurğuların tikintisi də nəzərdə tutulub", - deyə məlumatda bildirilib.
İşəgötürən işçini hansı hallarda işdən çıxara bilər? – HÜQUQŞÜNAS
Məktəblərin maliyyələşməsində yeni dövr: Hansı yeniliklər olacaq?
Bəzi ərazilərdə qaz olmayacaq - YENİLƏNİB
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ












