Sakinlər üçün təhlükə mənbəyi olan ünvanlar - "Qorxu içində gəzirik" - FOTOLAR

Bakının mərkəzi Əhməd Cəmil küçəsində ağaclardan biri aşma təhlükəsi yaradır. Avtosfer.az xəbər verir ki, bu barədə “Baku.ws”in apardığı müşahidələrə əsasən, ağac artıq dəmir hasarın üstünə əyilib və səkidən keçən vətəndaşlar üçün real təhlükə mənbəyinə çevrilib. Hər gün həmin ərazidən çoxsaylı insanlar, o cümlədən məktəblilər istifadə edir. Həmçinin yaxınlıqda parkinq yerləşdiyi üçün maşınlar da bu ərazidə park edilir. Ağacın aşması halında həm insanlar, eləcə də maşınlar üçün təhlükəli vəziyyət yaranacaq. Vətəndaşların sözlərinə görə, ağacın vəziyyəti bir müddətdir belədir, lakin məsələ ilə bağlı hələlik heç bir tədbir görülməyib.
Sakinlərdən biri bildirib ki, bu cür təhlükəli vəziyyət təkcə burada deyil, ətraf küçələrdə də müşahidə olunur:
"Tək bu ağac yox, bu ərazidə bir neçə belə ağac var. Bəziləri hasarlara, bəziləri isə uşaqların oynadığı, insanların keçdiyi yola doğru əyilib. Güclü külək olsa, istənilən an qırılıb düşə bilər. Biz artıq qorxu içində gəzirik".
Əbdürrəhimbəy Haqverdiyev küçəsində oxşar mənzərə var idi. Buradakı ağaclar da əyilərək yaşayış binalarına və səkilərə doğru meyillənib. Sakinlər aidiyyəti qurumlardan təhlükə yaradan ağacların vaxtında budanmasını və vəziyyətin aradan qaldırılmasını xahiş edirlər.
![]()
![]()
İşəgötürən işçini hansı hallarda işdən çıxara bilər? – HÜQUQŞÜNAS
Məktəblərin maliyyələşməsində yeni dövr: Hansı yeniliklər olacaq?
Bəzi ərazilərdə qaz olmayacaq - YENİLƏNİB
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ












