Sakinləri çıxılmaz vəziyyətə salan yol – Bu cür yaşayış olmaz - VİDEO

İmişli şəhərinin 1 200 nəfərdən çox sakini olan Hüseyn Cavid küçəsi tamamilə yararsız vəziyyətdədir. Avtosfer.az xəbər verir ki, sakinlər illərdir aidiyyəti qurumlara etdikləri müraciətlərin cavabsız qaldığını bildiriblər. "Yolumuz bərbad vəziyyətdədir. Maşınlar da məhv olur. Taksi çağıranda gəlmək istəmirlər, etiraz edirlər. Bu cür yaşayış olmaz. Küçə məhv olub, burada yaxşı balıq tutmaq olar", - sakinlərdən biri bildirib. "Məktəbə, işə gedib-gəlməyə gəmi lazımdır. Su dizə kimi çıxıb, belə şey olmaz. Kanalizasiyanı qazıb üstünü basdırdılar, qaldı tör-töküntü. Bəs biz adam deyilik?!" - başqa bir sakin qeyd edib. Məsələ ilə bağlı İmişli Rayon İcra Hakimiyyətindən bildirilib ki, cari ildə sözügedən küçədə əsaslı təmir işlərinin aparılması nəzərdə tutulub.
İşəgötürən işçini hansı hallarda işdən çıxara bilər? – HÜQUQŞÜNAS
Məktəblərin maliyyələşməsində yeni dövr: Hansı yeniliklər olacaq?
Bəzi ərazilərdə qaz olmayacaq - YENİLƏNİB
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ












