“Şamaxinka tuneli”nin rəngi illər sonra belə üzə çıxdı - VİDEO

Moskva prospekti ilə 20 Yanvar küçəsinin kəsişdiyi ərazidə yerləşən avtomobil tuneli (“Şamaxinka tuneli”) uzun müddətdir çirk qatı altında öz əvvəlki görünüşünü itirmiş vəziyyətdə olub.
Avtosfer.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan kadrlarda kimyəvi təmizləmə vasitəsindən istifadə edən bir şəxsin tunelin divarlarını yuduğu anlar görünür.
Təmizlik zamanı məlum olub ki, divarlar əslində rəngli imiş, lakin illərlə üzərinə yığılan toz və kir ucbatından tamamilə qaralmışdı. Yuyulduqdan sonra isə onların ilkin rəngi ortaya çıxıb.
Xatırladaq ki, “Şamaxinka tuneli” 2007-ci ildə tikilərək istifadəyə verilib. Tunellərin və tunel daxilindəki yol infrastrukturu elementlərinin təmizliyi isə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin öhdəliyindədir.
İşəgötürən işçini hansı hallarda işdən çıxara bilər? – HÜQUQŞÜNAS
Məktəblərin maliyyələşməsində yeni dövr: Hansı yeniliklər olacaq?
Bəzi ərazilərdə qaz olmayacaq - YENİLƏNİB
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ












