"Şəhərin mərkəzi küçələrinin hamısı palçığın içindədir" - İllərdir hökm sürən problem - VİDEO

Şabran şəhərinin Fikrət Əmirov və bir neçə digər küçəsində yollar yararsız vəziyyətə düşüb. Avtosfer.az xəbər verir ki, burada yaşayan sakinlər xüsusilə qarlı və yağışlı günlərdə ciddi çətinliklərlə üzləşirlər. "Şəhərin mərkəzi küçələrinin hamısı palçığın içindədir. Yağış yağanda kanalizasiya xətləri dolur, hərəkət etmək mümkün olmur. Taksi çağıranda isə etiraz edir, gəlmək istəmirlər", - deyə sakinlərdən biri narazılığını bildirib.
Başqa bir sakin isə qeyd edib ki, yollarda çoxlu çalalar yaranıb:
"Su yığılır, maşınlar keçəndə altı dəyir. Bəzən elə olur ki, avtomobillər hərəkət edə bilmir, yolda batıb qalır".
Məsələ ilə bağlı Şabran Rayon İcra Hakimiyyəti başçısının Şabran Şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Orxan Kərimov bildirib ki, hazırda şəhərin 5 küçəsində təmir işləri aparılır.
Onun sözlərinə görə, Əliağa Vahid küçəsində asfaltlanma işləri davam edir:
"Fikrət Əmirov küçəsi və ona yaxın digər küçələrdə cari təmir işləri görüləcək. Asfaltlanma isə növbəti mərhələdə, vəsait olduğu təqdirdə nəzərdə tutulur".
Daha ətraflı Baku TV-nin videomaterialında:
İşəgötürən işçini hansı hallarda işdən çıxara bilər? – HÜQUQŞÜNAS
Məktəblərin maliyyələşməsində yeni dövr: Hansı yeniliklər olacaq?
Bəzi ərazilərdə qaz olmayacaq - YENİLƏNİB
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ












