Şəkidə yol çökdü, təhlükəli vəziyyət yarandı - VİDEO

Şəkidə son günlər yağan yağışlar ərazidən keçən Dəyirman çayının istinad divarını dağıdıb, su yolun yarısını yuyub. Yolaltı torpaq yuyulduğundan asfalt örtüyü təhlükəli vəziyyətə düşüb. Avtosfer.az xəbər verir ki, söhbət Şəkidə, Xan sarayının qala divarlarından 20-30 metr aralıda yerləşən Əlövsət Sadıqov küçəsindən gedir. Ərazi nəqliyyat vasitələrinin intensiv işlədiyi yerdir. Hazırda qalan asfalt örtüyünün altını da su yuyub, ərazidə çatlar yaranıb. Oarda yaşayanlar payız fəsli ilə əlaqədar əraziyə yenə sel gələrsə, yolun qalan hissəsinin dağılacağından, yüksək gərginlikli elektrik və qaz xətlərinin sıradan çıxacağından və evlərinə təhlükə yaranacağından narahatdırlar. Ən əsası isə ərazi çaya doğru enişli olduğundan sürücü və piyadalar üçün ciddi təhlükə mənbəyidir. Məsələ ilə bağlı Şəki Rayon İcra Hakimiyyətindən bildirildi ki, həmin yer qoruq ərazisi olduğundan bərpası üçün xüsusi yanaşma tələb edilir. İcra hakimiyyətinin vəsaiti ilə görülə biləcək iş olmadığından layihələndirmə işləri üçün tender sorğusu keçirilib, hazırda layihə işləri gedir. Layihələndirmə başa çatdıqda ekspertiza aparılacaq və vəsait ayrılması üçün aydiyyəti mərkəzə müraciət ediləcək. Vəsait ayrılan kimi də bərpa işlərinə başlanılacaq.
Mövzu ilə bağlı daha ətraflı videomaterialda:
Məişət zorakılıqlarının qarşısını necə almaq olar? - AÇIQLAMA
Məhkumların cəmiyyətə inteqrasiyası; qanunvericilikdə nələr dəyişdirilməlidir? - AÇIQLAMA
Manat-dollar nisbəti 1,70-dən nə vaxt “çıxa” bilər? - Ekspertdən devalvasiya ilə bağlı AÇIQLAMA
TƏBİB-in sistemi çökdü - Nazirlik məlumat yaydı
Metro ilə bağlı şad xəbər - Bu tarixdə...
Avtobuslarda məsafəyə görə ödəniş: Bakıda necə xidmət göstərəcək?
Bakıda metro ilə bağlı QƏRAR - Sərnişinlərin diqqətinə!
Prezidentdən pensiyalarla bağlı ŞAD XƏBƏR
Türk xalqı Azərbaycanın milli maraqlarını nəzərə almalıdır – ŞƏRH
Aqrar məhsulların ixracı artarsa, ölkədə qiymətlər yüksələ bilər – İQTİSADÇI
“Azpertrol” əməkdaşı maşına dizel yerinə benzin vurdu – ŞİKAYƏT












