“Səkilər yayarsız vəziyyətdədirsə, piyadalar velosiped zolağından istifadə edə bilər” – EKSPERT - FOTO

Son günlər paytaxt yollarında çəkilən velosiped yollarında maraqlı mənzərələr müşahidə olunur.
Avtosfer.az xəbər veriri ki, bu zolaqlarda təkcə velosipedçilər deyil, bəzən motosiklet, elektrikli skuter idarə edənlər, hətta əlil arabasında vətəndaşlar da hərəkət edir. Sosial şəbəkələrdə yayılan bir görüntülər isə cəmiyyətdə sual doğurub: bu yollar kimlər üçün nəzərdə tutulub? Velosiped üçün ayrılan bu hərəkət zolağından fərqli nəqliyyat vasitələrinin – motosiklet, moped və kvadrasikl istifadəsi qayda pozuntusudurmu, yoxsa qanunla icazə verilən hal sayılır?

Məsələ ilə bağlı nəqliyyat eksperti Eldəniz Cəfərov saytımıza açıqlamasında bildirib ki, ümumilikdə, velosiped zolaqları əsasən velosipedlər, kiçik elektrikli nəqliyyat vasitələri və elektrikli samokatların hərəkəti üçün nəzərdə tutulub:
“Kvadrosikllərin bu zolaqlardan istifadə etməsi qadağandır. Əlilliyi olan şəxslərə gəldikdə isə, onlar əlil arabası ilə istədikləri yerdə, səkidə, velosiped zolağında və ya digər uyğun hissələrdə hərəkət edə bilərlər. Onlar üçün bu baxımdan hər hansı məhdudiyyət nəzərdə tutulmayıb. Hətta bəzən səkilərin vəziyyəti piyada hərəkəti üçün yararsız olduqda, piyadalar da məcburi halda velosiped zolağından istifadə edə bilərlər”.
Fidan
İşəgötürən işçini hansı hallarda işdən çıxara bilər? – HÜQUQŞÜNAS
Məktəblərin maliyyələşməsində yeni dövr: Hansı yeniliklər olacaq?
Bəzi ərazilərdə qaz olmayacaq - YENİLƏNİB
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ












