Sel körpünü dağıtdı, əhali çarəsiz qaldı:"Uşaqları məktəbə necə göndərək?" - VİDEO

Leysan səbəbindən Balakən rayonu ərazisindən keçən Katex, Balakən və Hunbul çaylarından qısamüddətli sel keçib. Avtosfer.az xəbər verir ki, hunbul çayından keçən sel suları kəndin yuxarı hissəsində çayın üzərində olan körpünün bir hissəsini dağıdaraq yararsız hala salıb. Nəticədə avtomobillərin və piyadaların gediş-gəlişi müvəqqəti olaraq dayanıb.
Balakən Su Meliorasiya Sistemlerinin İstismarı İdarəsinin baş mühəndisi İlkin Aslanov bildirib ki, sözügədən ərazidə yerləşən körpü Hunbul çayının üzərində yerləşir:
"Tərəfimizdən əraziyə baxış keçirilib. İdarə tərəfindən mütəmadi olaraq körpüyə və ətrafdakı ərazilərə sel sularının zərər vurmaması üçün çayda məcra tənzimləmə və sahilbərkitmə işləri icra edilib. Lakin 13-14 sentyabr tarixlərində yağan güclü leysan nəticəsində çayda suyun səviyyəsi kəskin artıb. Vətəndaşların istifadə etdiyi alternativ yola sel sularının zərər vurmaması üçün idarə tərəfindən texnika cəlb edilərək müvafiq qabaqlayıcı tədbirlər görülüb. Çayda suyun səviyyəsi aşağı düşdükdən sonra çayın məcrasında sahilbərkitmə və məcra tənzimləmə işləri görüləcək".
Daha ətraflı Baku TV-nin süjetində:
İşəgötürən işçini hansı hallarda işdən çıxara bilər? – HÜQUQŞÜNAS
Məktəblərin maliyyələşməsində yeni dövr: Hansı yeniliklər olacaq?
Bəzi ərazilərdə qaz olmayacaq - YENİLƏNİB
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ












