Sənədsiz ev sahiblərinə şad xəbər - Bu problem tezliklə həll ediləcək

Ölkənin müxtəlif bölgələrində sənədsiz evlərlə bağlı problem uzun illərdir öz həllini gözləyir.
Xüsusilə yaşayış üçün istifadə olunan, lakin hüquqi baxımdan rəsmiləşdirilməyən evlərin sahibləri əmlaklarını sənədləşdirməkdə ciddi çətinliklərlə üzləşirlər. Bu isə həmin şəxslərin evlərini satması, vərəsəlik məsələlərini həll etməsi və əmlak üzərində hüquqlarını tam şəkildə rəsmiləşdirməsinə mane olur.
Sənədsiz evlərin rəsmiləşdirilməsi ilə bağlı zaman-zaman müxtəlif addımlar atılsa da, problemin tam həlli hələ də aktual olaraq qalır.
Bəs sənədsiz evlərin rəsmiləşdirilməsi istiqamətində konkret addımlar nə vaxt atılacaq və bu prosesin tam həlli üçün hansı müddət nəzərdə tutulur?
Mövzu ilə bağlı Milli Məclisin deputatı Fazil Mustafa bildirib ki, sənədsiz evlərlə bağlı problemin yenidən gündəmə gətirilməsinə ehtiyac var:
"Açığı, bu istiqamətdə bir suala cavab vermək bizim üçün də çətindir. Bir vaxt bu məsələ həllini tapdı, sonradan dayandı. Ümid edirəm ki, bu məsələ yenidən qayıdacaq və sənədsiz evlərlə bağlı qeyri-müəyyənlik ortadan qalxacaq. Qalxmalıdır”./azxebercom

Deputat qeyd edib ki, müəyyən kateqoriyaya aid ərazilərdə sənədsiz evlərin rəsmiləşdirilməsi üçün sadələşdirilmiş mexanizmlər tətbiq oluna bilər:
"Yəni kommunikasiya xətlərinin üstündə olmayan, kənd təsərrüfatı təyinatlı, real kənd təsərrüfatı təyinatlı torpaqların üzərində olan yerlərə, məncə, asanlaşdırılma variantına getmək mümkündür. Bu istiqamətdə addımlar atılmalıdır. Biz bu istiqamətdə müəyyən işlərin görülməsinin tərəfdarıyıq və çalışırıq ki, bu tezliklə həll olunsun”.
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS
Minimum əməkhaqqı ilə yaşayış xərcləri arasında tam uyğunluq yoxdur - İQTİSADÇI
Tələbə kreditinin borcu hansı halda silinir? – AÇIQLAMA
Azərbaycan-Türkiyə dostluğuna kölgə salmaq istəyənlər var – DEPUTAT
Məcburi dövlət sosial sığorta haqqı ilə bağlı təklif edilən dəyişikliklər pensiya mühitini pisləşdrəcək - İQTİSADÇI - VİDEO
Azərbaycan gənci belə təxribatlara həmişə “yox” deməlidir - DEPUTAT
Bu şəxslərə lotoreya ilə evlər veriləcək- ŞAD XƏBƏR
Məişət zorakılıqlarının qarşısını necə almaq olar? - AÇIQLAMA
Məhkumların cəmiyyətə inteqrasiyası; qanunvericilikdə nələr dəyişdirilməlidir? - AÇIQLAMA
Manat-dollar nisbəti 1,70-dən nə vaxt “çıxa” bilər? - Ekspertdən devalvasiya ilə bağlı AÇIQLAMA
TƏBİB-in sistemi çökdü - Nazirlik məlumat yaydı












