Sənədsiz evlərlə bağlı komitə üzvündən SEVİNDİRİCİ AÇIQLAMA

Tikinti üçün torpaq sənədi olsa da, kadastr məlumatlarındakı ziddiyyətlərə görə çıxarış ala bilməyən vətəndaşlar üçün problem aradan qaldırılır.
Avtosfer.az xəbər verir ki, yeni mexanizmə əsasən, müraciətdən sonra ən geci 15 iş günü ərzində əmlakın qeydiyyatı və çıxarışın verilməsi mümkün olacaq.
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Vüqar Bayramov “Baku.ws”ə bildirib ki, müvafiq dövlət qurumu təqdim olunan məlumatların dəqiqləşdirilməsi üçün digər qurumlara, o cümlədən arxiv idarələrinə elektron sorğu göndərəcək:
"Sorğulara 15 iş günü müddətində cavab veriləcək. Əgər vətəndaşın təqdim etdiyi məlumatlar təsdiqlənərsə, imtina qərarı verilməyəcək və əmlakın dövlət qeydiyyatına alınması təmin olunacaq. Bu addım mülkiyyət hüquqlarının tanınması və qorunması baxımından mühüm əhəmiyyət daşıyır. Mərhələli şəkildə 400 mindən çox fərdi yaşayış evinin qeydiyyata alınaraq çıxarışla təmin edilməsi planlaşdırılır.
Qeyd edək ki, Bakı və ətraf ərazilərdə sənədsiz evlərin sayı 500 mini ötür. İlkin qiymətləndirməyə görə, onlardan təxminən 70 mini təhlükəli zonalarda – neft buruqları, iri nəqliyyat qovşaqları və yüksək gərginlikli elektrik xətlərinin yaxınlığında yerləşir. Bu kateqoriyaya daxil olan tikililərlə bağlı ayrıca hüquqi tənzimləmə sənədinin qəbul olunacağı gözlənilir.
Birinci mərhələdə təhlükəli ərazilərdə yerləşməyən, əsasən həyət evlərinin qeydiyyata alınması ilə bağlı konsepsiya təsdiqlənəcək. Sənəd imzalandıqdan sonra təkcə Bakı və ətrafında 100 mindən çox evin rəsmiləşdirilməsi mümkün olacaq".
Məlumat üçün bildirək ki, ilkin mərhələdə 2001-ci il yanvarın 1-dək inşa edilmiş və təsdiqedici sənədləri olan tikililərə üstünlük veriləcək.
İşəgötürən işçini hansı hallarda işdən çıxara bilər? – HÜQUQŞÜNAS
Məktəblərin maliyyələşməsində yeni dövr: Hansı yeniliklər olacaq?
Bəzi ərazilərdə qaz olmayacaq - YENİLƏNİB
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ












