Şərifzadə küçəsində yol yenə qazıldı: Rəsmi qurum səbəbi açıqladı – VİDEO

Bakının Yasamal rayonunda yolun bir ay sonra yenidən qazılması sürücülərin narazılığına səbəb olub.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, söhbət A.Şərifzadə küçəsindən gedir.
Ərazidə qoyulan nişanlarda qazıntı işlərinin "Azəristiliktəchizat" ASC tərəfindən aparıldığı qeyd olunub.
Qeyd edək ki, həmin ərazidə sentyabr ayının əvvəlində də qazıntı işləri aparılmışdı.
"Azəristiliktəchizat" ASC-nin mətbuat katibi Elvin Basqallı yolun yenidən qazılmasının səbəbi ilə bağlı oxu.az-a açıqlamasında bildirib ki, ərazidə aparılan işlər payız-qış mövsümünə hazırlıqla əlaqədardır.
"A.Şərifzadə küçəsindən keçən magistral istilik xətləri köhnədir və onların hamısının eyni vaxtda dəyişdirilməsi nəqliyyatın hərəkətini iflic vəziyyətinə sala və müəyyən çətinliklərə səbəb ola bilər.
Çünki həmin ərazidə nəqliyyatın hərəkəti kifayət qədər intensivdir.
Payız-qış mövsümünə hazırlıq prosesi çərçivəsində aparılan sınaq yoxlama işləri zamanı harada axıntı qeydə alınır, qəza baş verirsə, orada əməkdaşlarımız tərəfindən təmir-bərpa işləri həyata keçirilir.
Ötən ay A.Şərifzadə küçəsinin bir tərəfində xətlər dəyişdirilmişdi, indi isə digər tərəfində xətlər dəyişdirilir.
Bəzən ola bilir ki, bir dəfə aparılan sınaq yoxlama işləri zamanı xətdə hər hansı qəza baş vermir, ikinci yoxlama zamanı hansısa axıntı qeydə alınır və bu zaman yenidən təmir həyata keçirilir.
Əsas məqsəd odur ki, payız-qış mövsümü ərzində qəza hadisələri olmasın və ya baş verə biləcək qəzalar minimuma ensin.
Hazırda ərazidə köhnə xətlərin dəyişdirilməsi ilə bağlı işlər aparılır. Təxminən bir həftə ərzində bu işlər yekunlaşacaq və yol yenidən nəqliyyatın ixtiyarına veriləcək", - deyə E. Basqallı bildirib.
İşəgötürən işçini hansı hallarda işdən çıxara bilər? – HÜQUQŞÜNAS
Məktəblərin maliyyələşməsində yeni dövr: Hansı yeniliklər olacaq?
Bəzi ərazilərdə qaz olmayacaq - YENİLƏNİB
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ












