Sərnişinlərdən 62 nömrəli marşrut barədə ŞİKAYƏT - "BakuBus"dan AÇIQLAMA - VİDEO

Paytaxtda avtobus gözləyən sərnişinlər uzun müddət narahatlıq yaşayırlar.
Avtosfer.az xəbər verir ki, paytaxtın Xətai rayonunda, Nəsirəddin Tusi küçəsini Sabunçu dəmiryol stansiyası ilə birləşdirən 62 nömrəli müntəzəm marşrut xəttində sərnişinlər dayanacaqda uzun müddət gözləmək məcburiyyətində qalırlar.
Sərnişinlərin sözlərinə görə, bəzən avtobus üçün 40 dəqiqədən çox vaxt gözləməli olurlar. Bu problem həm həftəiçi, həm də həftəsonu davam edir. Sərnişinlər avtobus intervalının azaldılmasını və ya marşrut xəttində avtobusların sayının artırılmasını tələb edirlər.
Problemlə bağlı "BakuBus" MMC-dən bildirilib ki, 62 nömrəli xətt üzrə ümumilikdə 22 avtobus fəaliyyət göstərir və nəzərdə tutulmuş interval 6 dəqiqədir. Lakin pik saatlarda yol sıxlığı səbəbindən gecikmələr baş verir və bu gecikmələr "BakuBus" MMC-nin fəaliyyəti ilə əlaqəli deyil.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
İşəgötürən işçini hansı hallarda işdən çıxara bilər? – HÜQUQŞÜNAS
Məktəblərin maliyyələşməsində yeni dövr: Hansı yeniliklər olacaq?
Bəzi ərazilərdə qaz olmayacaq - YENİLƏNİB
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ












