Sökülən evlərə görə nə qədər kompensasiya verilməlidir? - AÇIQLAMA

Paytaxtın bir çox rayonlarında – Binəqədi, Nərimanov, Yasamal, Nəsimi, Səbail, Xətai, Nizami, Sabunçu, Suraxanı və Pirallahıda köhnə yaşayış binalarının söküntüsü nəzərdə tutulur. Avtosfer.az-ın “Baku.ws”ə istinadən məlumatına görə, bu proses həm əhaliyə veriləcək kompensasiyanın həcmi, həm də ümumi mənzil bazarının qiymət dinamikası baxımından mühüm əhəmiyyət daşıyır.
Bəs, əhaliyə ödəniləcək kompensasiya necə hesablanmalıdır?
Əmlak məsələri üzrə ekspert Aqil Tağıyev bildirib ki, söküntülər zamanı ilk diqqət edilən əhaliyə veriləcək kompensasiyanın miqdarıdır. Bu sahədə əksər tikinti şirkətləri ərazi üzrə real bazar qiymətini deyil, özlərinin öncədən müəyyənləşdiridiyi qiymətləri diqtə etməyə çalışırlar:
"Sözsüz ki, bu da haqlı narazılıq yaradır. Belə ki, misal üçün "Kubinka"da, Təbriz küçəsində, "Sovetski"də 40 kv-lıq evi olan vətəndaşa kvdaratı 2000 manatdan kompensasiya təklif edilir. Pis-yaxşı bu adam şəhərin mərkəzində yaşayır. Amma bu ərazidə tikilən binada mənzilin kvadratmetr qiyməti 2500-3800 arasında dəyişir. Yəni vətəndaşın ona hesablanmış kompensasiya ilə həmin ərazidə ev alması qeyri-mümkündür. Həmin verilən kompensasiya onu ödəmir, həm də kvadrat uyğun gəlmir. Yeni binalarda mənzillər 70-80 kvadratdan başlayır. Bu ölçüdə mənzil üçün isə minimal 170-180 min manat lazımdır. Qısası, normal mənzil almaq üçün kompensasiya real bazar dəyərlərinə uyğun hesablanmalıdır.
Hazırda Bakı üzrə orta kv.m qiymətləri təxminən belədir:
- Mərkəzi rayonlar (Səbail, Nəsimi, Yasamal, Nərimanov, Xətai) – 2500–3800 AZN/kv.m
- Orta mərkəz zonası (Binəqədi, Nizami) – 1800–2300 AZN/kv.m
- Kənar və yarımkənar rayonlar (Sabunçu, Suraxanı, Pirallahı) – 1100–1500 AZN/kv.m
Məsələn, 60 kv.m-lik bir mənzilin dəyəri mərkəzdə 150–250 min AZN, orta zonada 110–140 min AZN, kənarda isə 65–90 min AZN arasında dəyişir. Üstəlik, köçmə, sənədləşmə və ilkin təmir üçün ən azı 20–30% əlavə xərc nəzərə alınmalıdır. Bu səbəbdən, vətəndaşın real şəkildə "normal ev" əldə etməsi üçün kompensasiya mənzilin faktiki bazar qiyməti + əlavə köçmə və təmir xərcləri qədər müəyyənləşdirilməlidir".
Hansı sənədsiz evlərə çıxarış veriləcək, hansıları sökülə bilər? – AÇIQLAMA
Məşhurların pulları hara getdi? - “Ahbap”a ianələr
Azərbaycana “yandırıcı” və “boğucu” istilər gəlir - Avqustun əvvəlindən...
Elektrik skuteri sürənlər əvvəlcə təlim keçməlidirlər, dəbilqə məcburi ola bilər
Azərbaycanda əhalini ən çox aldadan şirkətlər AÇIQLANDI
Skuterlər qadağan olunacaq, yoxsa sərt cəzalar gəlir? – Ekspektdən AÇIQLAMA
Skuterlə avtobusa minmək qadağandır? - Hüquqşünas izah etdi
Binada yaşayanların NƏZƏRİNƏ: 300 manat cəriməsi var
Altı ayda sərnişin qatarlarına 21 dəfə daş atılıb - ADY-dan valideynlərə çağırış - VİDEO
Bakının mərkəzində bəzi EVLƏR UCUZLAŞIB - Mənzil bazarında son vəziyyət
Meyiti zirzəmiyə atıldığı iddia edilən körpənin atası - Yazışmaları göstərdi - VİDEO










