Söküntü zamanı ən yüksək kompensasiya nə qədər olur? - VACİB AÇIQLAMA

"Artıq söküntü prosesi Bakının demək olar ki, bütün rayonlarını əhatə etməyə başlayıb. Bura Yasamal, Səbail, Nərimanov, Nəsimi, Xətai, Suraxanı, Sabunçu və Pirallahı rayonları daxildir". Avtosfer.az xəbər verir ki, bu sözləri Baku.ws-ə açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc bildirib.
AQC sədri əlavə edib ki, hazırda kompensasiya məbləği iki formada müəyyən olunur:
"Nazirlər Kabinetinin müvafiq komissiyaları tərəfindən elan olunmuş satınalma nəticəsində qiymətləndirici şirkət tərəfindən qiymətləndirmələr aparılır. Lakin bu məbləğlər çox zaman vətəndaşların gözləntilərini doğrultmur. Bunun əsas səbəbi qiymətləndirmədə yalnız sökülən binanın bazar dəyərinin nəzərə alınmasıdır. Yəni hər bir kvadratmetr üçün təyin olunan məbləğ kompensasiya kimi göstərilir. Ədalətli yanaşma isə, həmin ərazidə və ya ətrafında, məsələn, bir kilometr radiusda yeni tikililərin bazar dəyəri əsasında kompensasiya verilməsidir. Kiçik sahələrdə isə otaq sayı nəzərə alınaraq kompensasiya və ya mənzillə təminat təmin olunmalıdır. Bu cür yanaşma həm söküntü prosesinin şəffaf və ədalətli aparılması, həm də Bakının tarixi simasının qorunması baxımından önəmlidir. hazırda ən yüksək kompensasiya məbləği Yasamal rayonunda 2700 manat olaraq müəyyən edilib. Digər rayonlarda isə qiymətlər buna yaxın səviyyədədir. Hər bir ərazi üçün ayrıca qiymətləndirmə aparılmalı və bu qiymətləndirmə yalnız peşəkar qiymətləndirici tərəfindən həyata keçirilməlidir. 2023-cü ildə qəbul olunmuş qanun da məhz bunu tələb edir. Hər hansı bir icra qurumu və ya digər orqan qiymət müəyyən edə bilməz".
Məişət zorakılıqlarının qarşısını necə almaq olar? - AÇIQLAMA
Məhkumların cəmiyyətə inteqrasiyası; qanunvericilikdə nələr dəyişdirilməlidir? - AÇIQLAMA
Manat-dollar nisbəti 1,70-dən nə vaxt “çıxa” bilər? - Ekspertdən devalvasiya ilə bağlı AÇIQLAMA
TƏBİB-in sistemi çökdü - Nazirlik məlumat yaydı
Metro ilə bağlı şad xəbər - Bu tarixdə...
Avtobuslarda məsafəyə görə ödəniş: Bakıda necə xidmət göstərəcək?
Bakıda metro ilə bağlı QƏRAR - Sərnişinlərin diqqətinə!
Prezidentdən pensiyalarla bağlı ŞAD XƏBƏR
Türk xalqı Azərbaycanın milli maraqlarını nəzərə almalıdır – ŞƏRH
Aqrar məhsulların ixracı artarsa, ölkədə qiymətlər yüksələ bilər – İQTİSADÇI
“Azpertrol” əməkdaşı maşına dizel yerinə benzin vurdu – ŞİKAYƏT












