Su içində qalan elektrik xətləri, qəzalıdır, amma sökülmür — Qurumlar baxıb gedir — FOTOLAR

Xətai rayonu, Vunqtau 15 ünvanında yerləşən 10 nömrəli poliklinikanın ərazisindəki yataqxana binası bərbad vəziyyətdədir. Sakinlərin sözlərinə görə, bina elə vəziyyətdədir ki, “üfürsən uçacaq”. Avtosfer.az KONKRET.az-a istinadən xəbər verir ki, yağış yağdığı zaman binanın zirzəmisi sözün əsl mənasında Venesiyanı xatırladır. Su ilə dolan zirzəmidə elektrik xətləri də suyun içində qalır ki, bu da hər an ağır faciə riskini artırır. Hündürmərtəbəli bina olmasına baxmayaraq, təhlükəsizlik tədbirləri demək olar ki, yoxdur. Mütəxəssislər bildirir ki, bina qəzalı vəziyyətdə olsa da, söküntü planına salınmayıb. Səbəb isə kifayət qədər “maraqlıdır”: beton konstruksiyanın həddən artıq möhkəm olması və söküntünün böyük maliyyə tələb etməsidir. Nəticədə təhlükəli bina sadəcə taleyin ümidinə buraxılıb.
Yağışlı havalarda ərazi şəhərdən çox kənd mənzərəsini xatırladır. Hər tərəf palçıq içində olur, sakinlər evlərinə çatmaqda çətinlik çəkir. Ətrafda aparılan park və abadlaşdırma işləri isə vəziyyəti daha da ağırlaşdırıb. Ağacların həddindən artıq suvarılması nəticəsində binanın ətraf torpağı çökməyə başlayıb.
Sakinlərin iddiasına görə, məsələ dəfələrlə aidiyyəti qurumlara bildirilib. Hətta televiziya kanallarında da problem işıqlandırılıb. Lakin gələn nümayəndələr “formal baxış keçirib” ərazini tərk ediblər. Nə real tədbir görülüb, nə də təhlükə aradan qaldırılıb.
Hazırda bu binada yaşamaq hər gün ölümlə üz-üzə qalmaq deməkdir. Sakinlər isə yalnız bir sual verir: Faciə baş verməlidirmi ki, problem həll olunsun?





İşəgötürən işçini hansı hallarda işdən çıxara bilər? – HÜQUQŞÜNAS
Məktəblərin maliyyələşməsində yeni dövr: Hansı yeniliklər olacaq?
Bəzi ərazilərdə qaz olmayacaq - YENİLƏNİB
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ












