Sumqayıtda zibil qalmaqalı: Şəhid bacısı bütün məhəlləni ayağa qaldırdı - FOTOFAKT

Sumqayıt şəhəri, 5-ci mikrorayon ərazisində yerləşən 55, 57 və 59 saylı binaların sakinləri özünü şəhid ailəsi kimi təqdim edən Aida Mirzəyevadan şikayətçidir. Vətəndaşların əsas narazılığı isə qadının uzun müddətdir binaya məxsus zibil qutularını ərazidən kənarlaşdırmasıdır.
Avtosfer.az xəbər verir ki, bu barədə Konkret.az sözügedən bina sakinlərinin müraciəti əsasında məsələni araşdırıb. Məlum olub ki, Aida Mirzəyeva Birinci Qarabağ müharibəsində şəhid olan qardaşının adından istifadə edərək, ərazidə böyük bir sahəni qanunsuz olaraq mənimsəyib və orada özünə ikimərtəbəli bina inşa etdirib. Hazırda həmin bina həm yaşayış evi, həm də obyekt kimi fəaliyyət göstərir.
Sakinlərin narazılığına səbəb olan əsas məqamlardan biri də Aida Mirzəyevanın bu ərazini səs-küylü məkana çevirməsidir. Bildirilib ki, tənha yaşayan qadın xüsusilə gecə saatlarında dostları ilə bir araya gələrək həyətdə gurultulu məclislər təşkil edir ki, bu da ətrafda yaşayanların istirahətinə ciddi mane olur. Etiraz edən sakinlər isə onun tərəfindən “Şəhid ailəsiyəm, mənə heç kim heç nə deyə bilməz” cavabı ilə susdurulub.
Bütün bunlarla kifayətlənməyən Aida Mirzəyeva son olaraq ətrafdakı zibil qutularına müdaxilə edib. Bina sakinlərinin redaksiyamıza göndərdiyi məlumatda bildirilir ki, Mirzəyeva obyektin qarşısını icarəyə vermək niyyətindədir və bu səbəbdən qarşı tərəfə zibil qutularının ərazidən götürüləcəyinə dair söz verib. Onun istəyinə uyğun olaraq, zibil qutuları qanunsuz şəkildə ərazidən çıxarılıb və nəticədə məişət tullantılarının yığılması üçün əlçatan yer qalmayıb. Çıxış yolu tapmayan sakinlər zibili köhnə ərazidə yerə atmaq məcburiyyətində qalıb və nəticədə ərazi böyük bir zibil poliqonuna çevrilib. İddialara görə, Aida Mirzəyeva onların narazılığına qarşılıq olaraq nalayiq ifadələrlə təhqirə də yol verir.
“Bizim aramızda qazilər, əlillər, şəhid ailələri, yaşlı və xəstə insanlar var. Amma bir nəfərin şəxsi maraqları bütün bina sakinlərini girova çevirib. Şəhid adından sui-istifadə etmək olmaz”, – deyə sakinlər qəzəblərini ifadə ediblər.
Məsələ ilə bağlı Sumqayıt Şəhər İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Qurumdan bildirildi ki, şikayət aidiyyəti üzrə müvafiq qurumlara yönləndirilib.
“Hazırda məsələ araşdırılır, sakinlərlə görüş keçiriləcək və qanunamüvafiq tədbirlər görüləcək”, – deyə qurumun mətbuat xidmətindən bildirilib.
Qeyd edək ki, Azərbaycan qanunvericiliyinə əsasən, şəhid ailəsi yalnız şəhidin valideynləri, həyat yoldaşı və övladlarını əhatə edir. Lakin Aida Mirzəyeva şəhid bacısı olaraq bu statusdan sui-istifadə edir və şəxsi maraqları naminə ictimai mühiti pozur. İnsanların rahatlığını pozmaq, ictimai əraziyə qanunsuz şəkildə sahiblənmək, həmçinin vətəndaşlara hədə-qorxu gəlmək nə hüquqa, nə də cəmiyyətin mənəvi dəyərlərinə sığır. Ümid edirik ki, Sumqayıt şəhər rəhbərliyi tezliklə bu özbaşınalıqlara qarşı qanuna uyğun tədbirlər görəcək.



"Gediş-gəliş mümkün deyil, batırıq" - Biləcəridə yol problemi - VİDEO
Hamının dilinin əzbəri olan “uşaqlıq travması” əslində nədir? - Psixoloq AÇIQLADI
Tələbələr üçün verilən endirim kartları gənclərin işinə nə qədər yarayır? – Ekspert AÇIQLADI
İnstaqramdakı səhifədən planşet alan şəxs aldadılıb təhdid edildi – ŞİKAYƏT - FOTO
"Nə təcili yardım gəlir, nə taksi" - Asfalt üzünə həsrət qalan kənd - VİDEO
Birləşmiş Krallıqda nə baş verir? Niyə bu ölkə 19 ildə 7 baş nazir dəyişib? – AÇIQLAMA
Metroda xətlərin ayrılması prosesində sərnişinlərə gediş haqqı güzəşti ola bilərmi? - AÇIQLAMA
Uşaqlarda boy artımı niyə ləngiyir? Genetika, yoxsa xəstəlik? - Pediatrdan AÇIQLAMA
Əlilliyi olan şəxslərin əl işləri bu saytda satışa çıxarılacaq – RƏSMİ AÇIQLAMA - VİDEO
Sakinləri çıxılmaz vəziyyətə salan yol – Bu cür yaşayış olmaz - VİDEO
Vətəndaş yaşadığı yerdə su borusunun partlamasından şikayətləndi; qurum hərəkətə keçdi - VİDEO











