Taksi qiymətinə şagird daşınacaq: “2school” layihəsi ilə bağlı pərdəarxası məqamlar

Oktyabrın 1-dən Bakıda məktəblilərin daşınması məqsədilə “2school” layihəsinin icrasına start verilib. Lakin sosial şəbəkələrdə və mətbuatda yayılan məlumatlardan görünür ki, valideynlər aylıq abunə haqqından narazıdırlar. Xüsusilə qiymətlərin taksi xidmətlərinə bərabər olması müzakirə mövzusuna çevrilib.
Bəs, sosial şəbəkələrdə narazılıqlar fonunda qiymətlərin yenidən nəzərdən keçirilməsi mümkündürmü?
Avtosfer.az-ın məlumatına görə, mövzu ilə bağlı "Konkret.az"a açıqlama verən təhsil eksperti Məzahir Məmmədli bildirib ki, layihə Təhsil Nazirliyi ilə razılaşdırılsa da, avtobuslar özəl şirkətə məxsusdur:
“Bu, tamamilə müqavilə əsasında həyata keçirilən, könüllü və tələb-təklif prinsipi üzərində qurulmuş xidmətdir. Kimin ehtiyacı varsa, yararlanır, kimə baha başa gəlirsə, müraciət etmir. Əgər rəsmi dövlət qurumu tərəfindən təşkil olunsaydı, narazılıqlar əsaslı ola bilərdi. Amma fakt odur ki, bu, özəl şirkətin həyata keçirdiyi pilot layihədir və heç kim üçün məcburiyyət yoxdur”.
Ekspertin sözlərinə görə, xidmətin qiymətləri yalnız bazar mexanizmləri çərçivəsində dəyişə bilər.
İşəgötürən işçini hansı hallarda işdən çıxara bilər? – HÜQUQŞÜNAS
Məktəblərin maliyyələşməsində yeni dövr: Hansı yeniliklər olacaq?
Bəzi ərazilərdə qaz olmayacaq - YENİLƏNİB
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ












