Taksi sürücüləri bu yolun hər kilometrinə 1 manat tələb edir - VİDEO

Bir vaxtlar təmir edilmiş Ağdaş-Zərdab yolu indi bərbad vəziyyətdədir. Avtosfer.az-ın məlumatına görə, sakinlər deyirlər ki, Bakı və əks istiqamətə getmək üçün ən qısa məsafə məhz buradan olduğu üçün illərdir bu yoldan istifadə ediblər. Lakin hazırkı vəziyyət həm vaxt itkisinə, həm də əlavə xərcə səbəb olur. Sakinlərin sözlərinə görə, rayon mərkəzinə taksi ilə getmək xeyli baha başa gəlir. Taksi sürücüləri yolun vəziyyətini əsas gətirərək hər kilometrə 1 manat tələb edirlər. Məsələ ilə bağlı Avtomobil Yolları Dövlət Agentliyindən bildirildi ki, həmin yolların yenidən qurulması ilə bağlı təkliflər hazırlanaraq investisiya proqramına daxil edilməsi üçün təqdim olunub. Təkliflərin növbəti illərin investisiya proqramına daxil edilməsi və yolların əsaslı şəkildə yenidən qurulması nəzərdə tutulur.
Daha ətraflı videomaterialda.
Metroda gedişhaqqı ilə bağlı SON DƏQİQƏ - Artırıldı?
Bu marşrut xətləri yeni sistemlə işləyəcək
Azyaşlıya zorakılıq iddiası: Oksana Rəsulova polisə müraciət etdi - VİDEO
Sumqayıtda kanalizasiya suyu məhəlləyə yayılıb – ŞİKAYƏT - FOTO
Erməni dilinin Azərbaycandakı universitetlərdə tədrisi niyə vacibdir? - AÇIQLAMA
Sumqayıtda məhəllənin ortasındakı zibil konteyneri təmizlənmir – ŞİKAYƏT - FOTO
Azərbaycanda bu şəxslərin pensiyası yenidən ARTIRILACAQ
Bakı metrosunda dəyişiklər dərslərin başlanma saatlarına təsir edəcək?
Sənədsiz evdə yaşayanlara VACİB XƏBƏR: Qeydiyyata düşmək üçün...
Millət vəkili: İctimai nəqliyyatda tələbələr üçün güzəşt sistemi YARADILMALIDIR
Yeni metro keçidi hansı ərazidə tikilir? - Rəsmi məlumat










