Tanınmış böyük marketlər şəbəkəsi işçilərinə aylardır əmək haqqı ödəmirlər - ŞİKAYƏT

“Rahat”, “Grandmart”, “Bolmart”, “Port bazar”, “Baqqal” və “Pribaltika məhsulları” kimi marketlər şəbəkələrinin işçiləri maaşlarını ala bilmirlər. Avtosfer.az xəbər verir ki, bu barədə sözügedən marketlərdə çalışan bir qrup işçi "Bizim.Media"ya ünvanladıqları şikayətdə məlumat veriblər. Onlar bildiriblər ki, artıq bir neçə aydır ki, əmək haqqlarını ala bilmirlər: “Dəfələrlə rəhbərliyə müraciət etmişik. Hər dəfə yaxın günlərdə maaşların ödəniləcəyini deyirlər, ancaq bir neçə aydır məvaciblərimizi ala bilmirik”, - deyə şikayətçilər qeyd edib.
Məlumat üçün bildirək ki, adları qeyd olunan marketlər şəbəkələrində ümumilikdə 10 mindən çox işçi çalışır.
Qeyd edək ki, demokrat.az saytının yaydığı məlumata görə, “Rahat”, “Grandmart”, “Bolmart”, “Port bazar”, “Baqqal” və “Pribaltika məhsulları” kimi marketlər şəbəkələrinin külli miqdarda vergi borcu yaranıb. Üstəlik, marketlərin təchizatçılara da on milyonlarla vəsaiti ödəmədiyi üzə çıxıb. Bu səbəbdən təchizatçı şirkətlər məhkəməyə müraciət ediblər.
Yeni tikilən çoxmərtəbəli binanın yaratdığı problem - VİDEO
Xəzərin sahilində 10 yeni ictimai çimərlik yaradılıb - VİDEO
Bazar ertəsi hava dəyişəcək: 40 dərəcə isti
Parkinq yeri rekord qiymətə satışa çıxarıldı - 958 min manata
Asfalt qızacaq, nəfəs almaq çətinləşəcək - Sabah üçün vacib xəbərdarlıq
İstirahətə az pul xərcləmək istəyənlərin NƏZƏRİNƏ! - Avropanın ən ucuz ölkələri
Sürücülərin tıxacda yaratdığı təhlükə - Adi qayda pozuntusu, yoxsa avtoxuliqanlıq?
Azərbaycanda ətin qiyməti kəskin dəyişir? - Müdaxilə var
Hansı sənədsiz evlərə çıxarış veriləcək, hansıları sökülə bilər? – AÇIQLAMA
Məşhurların pulları hara getdi? - “Ahbap”a ianələr
Azərbaycana “yandırıcı” və “boğucu” istilər gəlir - Avqustun əvvəlindən...










