Tələbə köçürülməsi ilə bağlı məlumat saxtadır - Rəsmi

Son günlər sosial şəbəkələrdə tələbələrin köçürülməsi prosesinə dair saxta məlumat (şəkil) yayılıb. Həmin paylaşımlarda guya tələbələrin köçürülməsi prosesinə 1 fevral tarixindən etibarən başlanıldığı iddia olunur.
Avtosfer.az xəbər verir ki, bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi açıqlama yayıb.
Bildirilib ki, yayılan məlumat həqiqətə uyğun deyil və rəsmi mənbələrdə yerləşdirilməyib: “Görüntülərdəki “elan” saxtalaşdırılıb. Mövcud qaydalara əsasən, tələbələrin köçürülməsi prosesi yalnız yay tətili dövründə həyata keçirilir. Bu barədə məlumatlar hər il müvafiq dövrdə Elm və Təhsil Nazirliyinin və Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin rəsmi saytlarında və sosial şəbəkə səhifələrində dərc olunur. Vətəndaşlardan xahiş edirik ki, yalnız rəsmi mənbələrdə yayımlanan məlumatlara istinad etsinlər və saxta paylaşımları yaymaqdan çəkinsinlər”.
Qaydalar ilə ətraflı buradan tanış ola bilərsiniz: https://eatda.edu.az/melumatlar/telebelerin-kocurulmesi

İşəgötürən işçini hansı hallarda işdən çıxara bilər? – HÜQUQŞÜNAS
Məktəblərin maliyyələşməsində yeni dövr: Hansı yeniliklər olacaq?
Bəzi ərazilərdə qaz olmayacaq - YENİLƏNİB
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ












