Təmirə görə kompensasiya ala bilərsiniz - Sahibkarların nəzərinə - AÇIQLAMA

Bakı şəhərində yolların tez-tez təmirə bağlanması nəqliyyatın hərəkətini çətinləşdirməklə yanaşı, həmin ərazilərdə fəaliyyət göstərən sahibkarların işinə də birbaşa təsir göstərir.
Maraqlıdır, bu zaman dövlət qurumu həmin sahibkarlara kompensasiya verməlidirmi?
Avtosfer.az-ın məlumatına görə, hüquqşünas Ramil Süleymanov Ölkə.az-a açıqlmasında bildirib ki, dövlət qurumları tərəfindən yollarda aparılan təmir-bərpa işləri barədə qabaqcadan sahibkarlara məlumat verilməli və onların sahibkarlıq fəaliyyətini həyata keçirilməsi üçün qabaqcadan alternativ yollar və yaxud da ki, alternativ metodlar, vasitələr təqdim olunmalıdır:
"Əgər bununla bağlı təmir-bərpa işləri qaçınılmazdırsa, o zaman vətəndaşlara təqdim olunan bildirişdə hansı tarixlərdə, hansı müddət ərzində işlərin yekunlaşacağı barədə müfəssəl məlumat təqdim olunmalıdır. Ağlabatan müddət ərzində həmin qurum tərəfindən təmir-bərpa işlərinin aparılması başa çatdırılmazsa, bununla bağlı vətəndaş kompensasiyanın ödənilməsi üçün müraciət edə bilər. Kompensasiya fəaliyyət göstərdiyi dövr ərzində və ya fəaliyyət göstərdiyi analoji dövr ərzində formalaşmış dövriyyəyə uyğun şəkildə rəsmi gəlirlərə görə müəyyən olunur".
İşəgötürən işçini hansı hallarda işdən çıxara bilər? – HÜQUQŞÜNAS
Məktəblərin maliyyələşməsində yeni dövr: Hansı yeniliklər olacaq?
Bəzi ərazilərdə qaz olmayacaq - YENİLƏNİB
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ












