"Temu" və "Trendyol"dan mal alanların diqqətinə: Proses çətinləşir - EKSPERT DANIŞDI

Dövlət Gömrük Komitəsi "Smart Customs" saytı və mobil tətbiqindən istifadə edən vətəndaşlara müraciət edib. Bildirilib ki, bir neçə aydan sonra xaricdən məhsul sifarişi edən şəxslər elektron ticarət bəyannamələrini artıq identifikasiya nömrəsi (FİN kod) və parol vasitəsilə təqdim edə bilməyəcəklər. Yeni qərara əsasən, bu xidmətdən yalnız ASAN İmza, SİMA və ya myGov / QR vasitəsilə istifadə etmək mümkün olacaq.
Qayda pozan sürücü qəzaya düşən maşından asfalta yıxıldı - Film kimi hadisə - VİDEO
Bu qərar xaricdən onlayn sifarişlərin həcminə təsir edə bilərmi?
Avtosfer.az-ın məlumatına görə, bu barədə Redaktor.az-a danışan iqtisadçı Natiq Cəfərli bildirdi ki, belə qərarların alınması xaricdən mal alınmasının çətinləşdirən faktorlardandır:

Onun sözlərinə görə, ASAN İmza və yaxud da SİMA-nı telefona yükləmək o qədər də çətin deyil:
"Amma yaşlı insanlar var ki, bundan istifadə etməkdə çətinlik çəkə bilərlər. Əvvəllər daha rahat idi. Bunu çətinləşdirirlərsə, deməli, xaricdən sifarişlərin azaldılması yönündə addımların atılmasını düşünürlər. Bu da ölkədən valyuta çıxışını zəiflətməyə yönəlmiş addımlardır ki, daha az valyuta ölkədən çıxsın. Amma nəzərə almaq lazımdır ki, bu tələb yerindəcə qalır. Xaricdən niyə insanlar mal alır? Çünki daha ucuz başa gəlir. Yerli pərakəndə satış mağazalarında məhsullar daha bahadır. Ona görə də insanlar xaricə üz tuturlar və problemin kökü oradadır. Amma Azərbaycanda rəsmi orqanlar müəyyən çətinlik yaratmaqla bu problemi həll edəcəyini düşünürlərsə, yanılırlar. Bu problemin köklü həlli başqadır. Yerli istehsal artırılmalı, yerli pərakəndə satışın onlayn ticarətlə rəqabətə davam gətirməsi üçün daha çevik davranmalıdırlar və s. Ona görə də bu qərar müəyyən çətinliklər yaradacaq, amma insanlarımız belə məsələlərə də tez öyrəşirlər. İndi kimsə bacarmasa, qohumu, tanışı, övladı vasitəsilə belə tətbiqlərdən istifadə etməyi öyrənəcək".
Qeyd edək ki, hazırda Azərbaycan vətəndaşları daha çox "Temu" və "Trendyol" kimi onlayn ticarət platformalarından sifarişlər edirlər.
Məişət zorakılıqlarının qarşısını necə almaq olar? - AÇIQLAMA
Məhkumların cəmiyyətə inteqrasiyası; qanunvericilikdə nələr dəyişdirilməlidir? - AÇIQLAMA
Manat-dollar nisbəti 1,70-dən nə vaxt “çıxa” bilər? - Ekspertdən devalvasiya ilə bağlı AÇIQLAMA
TƏBİB-in sistemi çökdü - Nazirlik məlumat yaydı
Metro ilə bağlı şad xəbər - Bu tarixdə...
Avtobuslarda məsafəyə görə ödəniş: Bakıda necə xidmət göstərəcək?
Bakıda metro ilə bağlı QƏRAR - Sərnişinlərin diqqətinə!
Prezidentdən pensiyalarla bağlı ŞAD XƏBƏR
Türk xalqı Azərbaycanın milli maraqlarını nəzərə almalıdır – ŞƏRH
Aqrar məhsulların ixracı artarsa, ölkədə qiymətlər yüksələ bilər – İQTİSADÇI
“Azpertrol” əməkdaşı maşına dizel yerinə benzin vurdu – ŞİKAYƏT












