Toyuğu şişirdib hinduşka adı ilə camaata sırıyırlar - Sağlamlığınız TƏHLÜKƏDƏ

Son vaxtlar bazarlarda şişirdilmiş toyuğun qaz və ya hinduşka adı ilə satılması ilə bağlı iddialar istehlakçılar arasında narahatlıq yaradıb.
Bəs, şişirdilmiş toyuğun qaz və ya hinduşka adı ilə satılması sağlamlıq üçün nə dərəcədə təhlükəlidir?
Avtosfer.az xəbər verir ki, mövzu ilə bağlı "Konkret.az"a danışan qida məsələləri üzrə ekspert İlkin Şirinov qeyd edib ki, süni şəkildə şişirdilmiş quş ətlərinin qida rasionunda yeri olmamalıdır:
“Şişirdilmiş toyuq, qaz, hinduşka bizə deyil. Bu gün kifayət qədər həm şəxsi, həm də broyler təsərrüfatları var. Broylerlərə tez çəki almaq üçün verilən xüsusi yemləri bir kənara qoyuram. Amma şişirtmə məsələsi ümumiyyətlə qidamıza yaxın buraxılmamalıdır”.
Ekspertin sözlərinə görə, quş ətlərinin su və ya müxtəlif qazlarla şişirdilməsi onların tərkibində bakteriyaların sürətlə çoxalmasına şərait yaradır:
“Toyuq, hinduşka və qaz ətində kiçik bir zəiflik belə bakterioloji vəziyyətin kəskin artmasına səbəb ola bilər. Bu isə artıq orqanizm üçün zərərli hala çevrilir və ciddi sağlamlıq riskləri yaradır”.
İlkin Şirinov əlavə edib ki, burada təkcə sağlamlıq deyil, eyni zamanda istehlakçıların aldadılması faktoru da ön plandadır:
“Ətin qiymətinə uyğun olaraq quş ətinə tələbat artır. Bəzi işbazlar isə bu fürsətdən istifadə edib bir yox, beş qazanmaq istəyirlər. Artıq çəki yaratmaq üçün müxtəlif üsullara əl atırlar. Bu isə yolverilməzdir. Bu, həm istehlakçının aldadılması, həm də markalanma prosesinin pozulmasıdır ki, bu da qanunsuzluq sayılır”.
Mütəxəssis vətəndaşlara quş əti alarkən məhsulun mənşəyinə, görünüşünə və etiket məlumatlarına diqqət yetirməyi tövsiyə edir.
İşəgötürən işçini hansı hallarda işdən çıxara bilər? – HÜQUQŞÜNAS
Məktəblərin maliyyələşməsində yeni dövr: Hansı yeniliklər olacaq?
Bəzi ərazilərdə qaz olmayacaq - YENİLƏNİB
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ












