Türkiyədə bloqerlərə qadağa — Bizdə də tətbiq olunacaq?

Dünyanın bir çox ölkəsində, həmçinin Türkiyədə sosial şəbəkələr üzərindən ödənişli şəkildə həkim və dərman peraparatları reklam etmək qadağan edilib. Bloqerlər hətta öz real və razı qaldıqları nəticələri belə həkim məsləhəti üzərində paylaşım edə bilməzlər. Azərbaycanda isə çox sayda izləyicisi olan şəxslər rahatlıqla həkim və dərman reklamı edə bilirlər.
Avtosfer.az xəbər verir ki, mövzu ilə bağlı sosioloq Elçin Bayramlı Demokrat.az-a bildirib ki, bir çox ölkələrdə bu fəaliyyət artıq qadağan olunub:
“Çünki bəzi bloqerlər insanların sağlamlığı üzərindən biznes qurur, saxtakar həkimlərlə əməkdaşlıq edərək kütləvi aldadılmaya yol verirlər. Bunun nəticəsində insanların sağlamlığına ağır zərər dəyir, bəzən isə həyatlar məhv olur. Məhz bu risklərə görə həmin ölkələrdə bloqerlərin səhiyyə sahəsində fəaliyyəti məhdudlaşdırılıb”.
O bildirib ki, bu çərçivədə həkimlərin reklamı, tibbi məsləhətlərin verilməsi, dərman və preparatların təbliği bloqerlərə qadağan edilib:
“Sosial şəbəkələrdə bu cür fəaliyyət göstərən şəxslərin əksəriyyəti tibbi bilik və məsuliyyət daşımır və cüzi qazanc naminə insanların həyatını təhlükə altına atır. Bu isə cəmiyyət üçün ciddi problemlər yaradır. Xüsusilə səhiyyə sahəsində bu fəaliyyətlərin Azərbaycanda da rəsmi şəkildə qadağan olunmasına ehtiyac var. Həkim və dərman reklamlarının bloqerlər tərəfindən aparılması dayandırılmalı, bu hallara qarşı ciddi sanksiyalar tətbiq edilməlidir. İnsanların sağlamlığı üzərindən qazanc əldə etmək yolverilməzdir”.
Sosioloq deyib ki, eyni zamanda bəzi saxtakar həkimlərin bloqerlərlə əməkdaşlığı vəziyyəti daha da ağırlaşdırır.
“Buna görə də gecikmədən konkret qərar qəbul edilməli, səhiyyə sahəsində bloqer fəaliyyəti tam qadağan olunmalıdır. Yalnız peşəkar mediada həkimlərin və mütəxəssislərin çıxışlarına icazə verilməlidir. Hazırda bu sahədə faktiki nəzarətsizlik mövcuddur. Ekspertlər dəfələrlə bu problemi gündəmə gətirsə də, insanlar hələ də saxta dərmanlara və yanlış müalicələrə yönləndirilir. Bu səbəbdən təcili olaraq hüquqi mexanizmlər gücləndirilməli və qadağalar konkret şəkildə tətbiq olunmalıdır”, – deyə o qeyd edib.
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS
Minimum əməkhaqqı ilə yaşayış xərcləri arasında tam uyğunluq yoxdur - İQTİSADÇI
Tələbə kreditinin borcu hansı halda silinir? – AÇIQLAMA
Azərbaycan-Türkiyə dostluğuna kölgə salmaq istəyənlər var – DEPUTAT
Məcburi dövlət sosial sığorta haqqı ilə bağlı təklif edilən dəyişikliklər pensiya mühitini pisləşdrəcək - İQTİSADÇI - VİDEO
Azərbaycan gənci belə təxribatlara həmişə “yox” deməlidir - DEPUTAT
Bu şəxslərə lotoreya ilə evlər veriləcək- ŞAD XƏBƏR
Məişət zorakılıqlarının qarşısını necə almaq olar? - AÇIQLAMA
Məhkumların cəmiyyətə inteqrasiyası; qanunvericilikdə nələr dəyişdirilməlidir? - AÇIQLAMA
Manat-dollar nisbəti 1,70-dən nə vaxt “çıxa” bilər? - Ekspertdən devalvasiya ilə bağlı AÇIQLAMA
TƏBİB-in sistemi çökdü - Nazirlik məlumat yaydı












