Uçan körpü nə vaxt bərpa olunacaq? - Beş kəndin sakinləri çətin vəziyyətdə - VİDEO

Aprel ayındakı leysanlar və Şabrançaya gələn güclü sel Şabran rayonunda bir sıra fəsadlara səbəb olub. Avtosfer.az xəbər verir ki, Əmirxanlı kəndinin ərazisində körpü uçub. Bu səbəbdən aylardır ki, beş kəndin sakinləri çətinliklərlə üzləşirlər. Baku TV-nin qaynar xəttinə müraciət edən vətəndaşlar aidiyyəti qurumlardan kömək istəyirlər. "8-9 aydır ki, körpünü təmir edən yoxdur. Yağış yağanda maşınlar hərəkət edə bilmir, burada batıb qalır", - sakinlərdən biri narazılığını dilə gətirib.
Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib ki, sözügedən ərazidəki problemdən xəbərdardırlar:
"Əməkdaşlarımız tərəfindən əraziyə baxış keçirilib. Təkliflər hazırlanaraq aidiyyəti üzrə təqdim olunub. Həmin təkliflər qəbul olunandan sonra ərazidə körpünün bərpa edilməsi tərəfimizdən təmin olunacaq".
İşəgötürən işçini hansı hallarda işdən çıxara bilər? – HÜQUQŞÜNAS
Məktəblərin maliyyələşməsində yeni dövr: Hansı yeniliklər olacaq?
Bəzi ərazilərdə qaz olmayacaq - YENİLƏNİB
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ












