Ünvanlı sosial yardım kimlərə düşür? – Vacib şərtlər açıqlandı

Son günlər işsiz şəxslərə ünvanlı dövlət sosial yardımının verilməsi ilə bağlı yayılan məlumatlar cəmiyyətdə müəyyən çaşqınlıq yaradıb. Bir çox vətəndaş bu yardımın kimlərə şamil olunduğunu, rəsmi iş yeri olmayan hər kəsin bu dəstəkdən yararlana bilib-bilməyəcəyini və müraciət qaydalarını dəqiqləşdirməyə çalışır.
Sosial şəbəkələrdə də bu məsələ ətrafında müxtəlif fikirlər səslənir və bəziləri yardımın verilməsi meyarlarının aydın olmadığını bildirir. Mövcud vəziyyət ünvanlı sosial yardımın hansı şərtlərlə təyin edildiyi və işsiz statusunun bu prosesdə necə nəzərə alındığı ilə bağlı sualları yenidən gündəmə gətirib.
Avtosfer.az xəbər verir ki, məsələ ilə bağlı Konkret.az-a açıqlama verən iqtisadçı Fuad İbrahimov bildirib:
“İşsizlər və ünvanlı sosial yardım alanların hər ikisi də xüsusi həssas təbəqə haqqındadır. Vətəndaşlar bu barədə rahat yol ilə ünvanlı sosial yardımı müəyyən etməkdən ötrü Çağrı Mərkəzindən yardım ala bilərlər. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tərkibində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi (DOST) var. Yaxud ora yaxınlaşmaqla, vətəndaşların hər birinə öz dilində aydın izah verirlər”.
“Sosial yardımın verilməsi ilə bağlı kriteriyalar var. Eyni zamanda sosial yardım almaq hüququna malik olan ailələrdə xüsusi göstəricilər var. Orada 8-9 göstərici var ki, bunlar vacib məqamlardır. Bunlar həddindən artıq geniş diapazonda olan göstəricilərə malikdir. Həmçinin onun müddətləri də qeyd edilib. Sosial yardımın təyin olunmasında imtina edilə biləcək göstəricilər də öz yerini alıb. Format çox genişdir”, — ekspert sonda deyib.
İşəgötürən işçini hansı hallarda işdən çıxara bilər? – HÜQUQŞÜNAS
Məktəblərin maliyyələşməsində yeni dövr: Hansı yeniliklər olacaq?
Bəzi ərazilərdə qaz olmayacaq - YENİLƏNİB
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ












