Uşaq neçə saat ekran qarşısında ola bilər? - Yaşa uyğun SAATLAR

Günümüzdə uşaqların ekran saatları, "ümumiyyətlə ekran izləməyə neçə yaşdan başlamalıdır?" sualı xeyli müzakirə olunan məsələlərdən biridir. Türkiyəli həkim, uşaq mütəxəssisi Dr. Mustafa Burak Seven uşaqların yaşlarına uyğun olaraq izləyə biləcəyi ekran müddətlərini açıqlayıb. Avtosfer.az Sfera.az-a istinadən xəbər verir ki, həkim həyatın ilk iki ilinin beyin inkişafı üçün kritik bir dövr olduğunu vurğulayıb.
O deyib ki, ilk 24 ayda, yəni 2 yaşına qədər ekran tövsiyə olunmur. Bu dövrdə körpə toxunaraq, göz kontaktı quraraq və səsləri dinləyərək öyrənir. Ekran bu inkişaf prosesinin yerini tutmur.
İki yaşından sonra ekran istifadəsinə tam qadağa qoymaq əvəzinə nəzarətli yanaşma vacibdir.
Dr. Seven bildirib ki, 24-36 ay arası ekran istifadə ediləcəksə, mütləq valideyn müşayiəti ilə olmalı və gündəlik müddət 10-15 dəqiqəni keçməməlidir. Uşaq təkbaşına ekrana buraxılmamalı, izlənilən məzmun haqqında danışmaq lazımdır.
"Məktəbəqədər dövrdə ekran istifadəsində nizam çox vacibdir. 3-5 yaş arasında gündəlik ümumi ekran vaxtı 1 saatı keçməməlidir. Lakin burada vaxtdan daha çox nizam önəmlidir. Ekran istifadəsinin başlanğıc və bitiş saatları aydın olmalıdır" - deyə türkiyəli həkim qeyd edib.
O vurğulayıb ki, uşaq yatmadan ən az bir saat əvvəl ekran istifadə edilməməli və yemək zamanı mütləq ekran olmamalıdır. Bu iki sadə qayda bir çox problemin qarşısını ala bilər.
İşəgötürən işçini hansı hallarda işdən çıxara bilər? – HÜQUQŞÜNAS
Məktəblərin maliyyələşməsində yeni dövr: Hansı yeniliklər olacaq?
Bəzi ərazilərdə qaz olmayacaq - YENİLƏNİB
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ












