Uşaq oxuyur, amma başa düşmür - 5 ildən bir dəyişən dərsliklərin qaranlıq tərəfi

"Bəli, həqiqətən də orta məktəblər üçün ayrı-ayrı fənlər üzrə hazırlanan dərsliklərdə bir neçə istiqamətdə ciddi problemlər var". Avtosfer.az xəbər verir ki, bunu “Yeni Sabah”a təhsil eksperti Elmin Nuri bildirib. O, dərsliklərlə bağlı Təhsil İnstitutunun direktoru, elm və təhsil nazirinin müşaviri Elnur Əliyevin tənqidi qeydi ilə ikiəlli razılaşıb.
“Birincisi, dərsliklərin dili, məzmunu həddindən artıq ağır, mürəkkəbdir. Halbuki dərslik modern kurikulumun tələb və prinsiplərinə uyğun olaraq şagird üçün düşüncə və maraq meyarlarına görə əlçatımlı və cəlbedici olmalıdır. Təəssüf ki, klassik tədris ənənələrindən irəli gələn akademik üslub, ağır-ləngərli məzmun şagirdlərin predmetə olan münasibətinə birbaşa təsir göstərir”, - deyə Elmin Nuri əlavə edib.
Ekspert vurğulayıb ki, dərsliklərin məzmun tərəfi ilə yanaşı forma baxımında da köhnə standartlar mövcuddur:
“Düşünmürəm ki, istər dərsliklər, istər onların əsasında keçirilən dərslərin böyük əksəriyyətində İT texnologiyasının modern tələbləri, əyləncəli əsaslı öyrənmə metodlarından tam surətdə istifadə olunmur. Müasir təhsilin əsas tələblərindən biri həm də rəqəmsallaşmaqdır. Bu gün isə dərslikləri rəqəmsal dünyanın tələb və təklifləri ilə dostlaşdıra bilmirik. Konkret hansısa fənn üzrə yox, ümumilikdə dərsliklərə baxışın özündə ciddi çatışmazlıq var. Yəni “ədəbiyyat fənni üzrə dərslik riyaziyyat fənni üzrə dərsliklərdən daha problemlidir” deyə bilmərik. Hər fənn üzrə dərsliklərin strukturuna, onların fəlsəfəsi və mahiyyətinə, praktiki keyfiyyətlərinə ciddi dəyişiklərin edilməsi prinsiplərindən danışmalıyıq. Təəssüf ki, bu istiqamətdə də işlər gecikir”.
Təhsil eksperti əlavə edib ki, dərsliklərin yenilənmə müddətinin 5 il olması da işi qəlizləşdirir:
“Təsəvvür edin, ötən il hazırlanan və şagirdlərin ixtiyarına verilən hər hansı dərsliyin tədris prosesindən kənarlaşdırılması və oradakı xətaların aradan qaldırılması üçün hələ 4 il gözləməliyik. Anlamaq olar ki, dərsliklərin çapı ciddi vəsait tələb edir və hər il bu proses baş tuta bilməz. O zaman hazırlıq prosesində daha diqqətli olmalıyıq”.
“Dərsliklərin təsirli və anlaşıqlı olması üçün bəzi xoşagəlməz məqamların aradan qaldırılması vacibdir. İlk növbədə, şagirdlərin yaş psixologiyası nəzərə alınmalıdır. Dərsliklərdə istifadə olunan cümlələr, ifadələr və sözlər şagirdlərin yaşına uyğun şəkildə tənzimlənməlidir”, - bu sözləri isə təhsil eksperti Elçin Əfəndi “Yeni Sabah”a açıqlayıb.
O vurğulayıb ki, hazırda istər Azərbaycan dili, istər ədəbiyyat, eləcə də tarix, biologiya, kimya və fizika dərsliklərində müəyyən çətinliklər mövcuddur:
“Dərsliklərin hazırlanması zamanı Nazirlər Kabinetinin 25 fevral 2020-ci il tarixli qərarı əsas götürülməlidir. Həmin sənəddə qeyd olunan müddəalar dəqiq şəkildə tətbiq edilməli, verilən məlumatlar düzgün və şagirdlərin yaş xüsusiyyətlərinə uyğun hazırlanmalıdır. Ümumiyyətlə, nəşriyyatlar və müəlliflər bütün bu amilləri nəzərə almalı, dərsliklərdən lazımsız məlumatlar, xoşagəlməz mövzular və şagirdlər üçün çətin anlaşılan mətnlər çıxarılmalıdır. Dərsliklər ən azı 3 ildən bir yenilənməli və dəyişikliklər aparılmalıdır”.
E.Əfəndi dərsliklərin əsasən təhsil sahəsində çalışan şəxslərin – universitet əməkdaşları, mütəxəssislərin ərsəyə gətirildiyini qeyd edib:
“Təklif olunur ki, konkret olaraq nazirliyin tabeliyində dərsliklərin hazırlanması və monitorinqi ilə məşğul olan xüsusi bir qurum yaradılsın. Bu qurum Təhsil İnstitutunun və ya birbaşa nazirliyin tabeliyində fəaliyyət göstərə bilər. Eyni zamanda, dərsliklərin çapı da nazirliyin nəzarətində həyata keçirilməlidir. Hər hansı mətbəə və ya nəşriyyatla ayrıca razılaşıb tender üsulu ilə çap işini həyata keçirmək məqsədəuyğun sayılmır”.
Bakıda yerüstü metro stansiyasının relsləri çəkilir - FOTOLAR
Alimlərdən qorxudan XƏBƏRDARLIQ: Dəhşətli istilər qapıda
Kölgədən şəffaflığa - Vergi güzəştləri restoran sektorunu necə dəyişəcək?
Bakı kartın qiyməti bahalaşdı: Metro və avtobusda gedişhaqqı artacaq?
Elektromobilə minərkən sizin də ürəyiniz bulanır? - Səbəb görün nə imiş
Bakıda obyekt səkini zəbt etdi - Piyadalar təhlükədə - VİDEO
"Avtobus kəndin içinə girə bilmir" - Sakinlərin yol dərdi - VİDEO
Lazaya leysan yağdı; avtomobil yoluna ciddi ziyan dəydi - FOTOLAR - VİDEO
Yollarda görünüş məsafəsi məhdudlaşacaq - XƏBƏRDARLIQ
Torpaq Məcəlləsində dəyişiklik; Dövlət torpaqları xüsusi mülkiyyətlə dəyişdirilə bilər? - AÇIQLAMA
Baş nazirdən DTX-yə aid qanunla bağlı DƏYİŞİKLİK










