"Uşaqları qalın geyindirin" - 166 nömrəli məktəb-liseydə istilik problemi

Bakı şəhəri, Qaradağ rayonunda yerləşən Faiq Rəfiyev adına 166 nömrəli məktəb-liseydə istilik sistemi ilə bağlı problem yaranıb. Avtosfer.az-ın Oxu.az-a istinadən məlumatına görə, məktəbin bir hissəsində istilik olsa da, digər hissəsində yoxdur. Bildirilir ki, problemin əsas səbəbi istilik borularının köhnə və dəmir materialdan olmasıdır. Belə ki, onların daxildən paslanması suyun normal dövriyyəsinə mane olur və tutulmalar yaradır. Məktəbin direktoru Zeynəb Vəliyeva valideynlərə ünvanladığı müraciətdə qeyd edib ki, avqust-sentyabr aylarından etibarən aidiyyəti qurumlara yazılı müraciətlər olunub və artıq məktəbin növbəsi çatıb. Onun sözlərinə görə, məktəbə yeni plastik borular, istilik batareyaları və digər zəruri avadanlıqlar gətirilib. Direktorun bildirdiyinə görə, dekabrın sonu - yanvarın əvvəllərində bütün istilik borularının dəyişdirilməsi planlaşdırılır. Hazırda istilik sisteminin tam dayandırılması mümkün olmadığından təmir işlərinə dərhal başlamaq mümkün deyil. Məktəb rəhbərliyi valideynlərdən yanvarın sonunadək uşaqları qalın geyindirməyi və dərsə davamiyyətin təmin olunmasını xahiş edib. Valideynlər isə bildirirlər ki, övladlarının soyuq sinif otaqlarında xəstələnmək riski var və bu səbəbdən distant təhsilin tətbiqi şagirdlərin sağlamlığı baxımından daha məqsədəuyğundur. Məsələ ilə bağlı aidiyyəti quruma sorğu ünvanlanıb.
***
166 nömrəli məktəb-lisey "Azəristiliktəchizat" ASC tərəfindən mərkəzləşdirilmiş qaydada istiliklə təmin olunur. Bu barədə sorğuya cavab olaraq Bakı Şəhəri Təhsil İdarəsindən bildirilib. Məlumatda qeyd olunub ki, xətlərdəki problemlə əlaqədar liseyin bəzi sinif otaqlarına istiliyin verilməsi qismən məhdudlaşıb:
"Məsələ tam nəzarətə götürülüb və qısa zamanda qarşıya çıxan problemin həlli üçün zəruri tədbirlər görüləcək. Qeyd edək ki, təhsil müəssisələrinin istiliklə təmin olunmasının normal təşkili üçün davamlı monitorinqlər aparılır, hər hansı problem aşkarlandığı təqdirdə, səbəbi müəyyənləşdirilərək aradan qaldırılması üçün aidiyyəti qurumlarla birgə yaradılmış operativ işçi qruplar tərəfindən tədbirlər görülür".
İşəgötürən işçini hansı hallarda işdən çıxara bilər? – HÜQUQŞÜNAS
Məktəblərin maliyyələşməsində yeni dövr: Hansı yeniliklər olacaq?
Bəzi ərazilərdə qaz olmayacaq - YENİLƏNİB
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ












