Vəfat etmiş şəxsin pensiyasının axırı necə olur? – HÜQUQŞÜNASDAN AÇIQLAMA - FOTO

İllərlə işləyib sosial sığorta haqqı ödəyən minlərlə vətəndaşın ağlında eyni sual dolaşır: bu vəsaitlərin sonu nə olur?
Avtosfer.az xəbər verir ki, hər ay maaşından kəsilən sosial sığorta ödənişləri insanın gələcək pensiyasına hesablanır. Lakin bəzən vətəndaşların pensiyasını almağa ömrü yetmir. Bəs o halda illərlə toplanan məbləğin aqibəti necə olur? Son məlumata görə, 2023-cü ildə dünyasını dəyişənlərin 41,8 faizinin yaşı 65-dən az olub. Bu dövrdə ölən kişilərin yarıdan çoxu - 50,4 faizi yaşa görə pensiya yaşına (65 yaş) çatmayıblar.
Bir çoxları elə düşünür ki, bu pullar vətəndaşın şəxsi hesabında qalır və ölüm halında ailə üzvlərinə çatır. Amma sistemin real mexanizmi çoxlarını təəccübləndirə bilər.
Maraqlıdır, vətəndaş 65 yaşa çatmadan dünyasını dəyişərsə, sosial sığorta fonduna toplanan vəsait itirmi, yoxsa ailə üzvlərinə ötürülür?

Məsələ ilə bağlı hüquqşunas Ramil Süleymanov saytımıza bildirib ki, Azərbaycan Respublikasında şəxsin sağlamlığında əmək fəaliyyəti və ya biznes fəaliyyəti nəticəsində toplanmış pensiya kapitalı, vəfat etdikdən sonra miras predmeti hesab olunmur:
“Eyni zamanda, şəxs özünün sağlığında da bu kapitaldan hər hansı formada istifadə edə bilmir. Baxmayaraq ki, qonşu ölkələrin təcrübəsində fərqli yanaşma mövcuddur. Belə ki, həmin ölkələrdə şəxsin topladığı pensiya kapitalı miras obyekti kimi tanınır və o, vəfat etdikdən sonra kapitalın müəyyən, bəzən də böyük bir hissəsi ailə üzvlərinə, yəni vərəsələrinə ötürülür. Hətta bəzi hallarda şəxs sağlığında bu kapitalın bir hissəsindən istifadə edə, kredit götürə və ya başqa məqsədlərlə yararlana bilir”.
Hüquqşunasın fikrincə, ölkə qanunvericiliyindəki mövcud vəziyyət düzgün deyil:
“Çünki şəxs illərlə işləyərək əmək haqqından və ya fərdi gəlirindən sosial sığorta ödənişləri edir, həmin vəsait hesabına pensiya kapitalı formalaşır. Bu baxımdan, toplanmış vəsaitin vəfat etmiş şəxsin ailəsinə ötürülməsi tamamilə ədalətli və məntiqli olardı. Buna baxmayaraq, hazırda qüvvədə olan əmək pensiyaları haqqında, sosial sığorta haqqında qanunlarda və Mülki Məcəllədə bu məsələ ilə bağlı heç bir əlavə və ya düzəliş nəzərdə tutulmayıb”.
Hüquqşünas hesab edir ki, bu, əsassız və düzgün olmayan bir müddəadır və qanunvericiliyə mütləq şəkildə dəyişiklik edilməlidir.
Fidan
Türk xalqı Azərbaycanın milli maraqlarını nəzərə almalıdır – ŞƏRH
Aqrar məhsulların ixracı artarsa, ölkədə qiymətlər yüksələ bilər – İQTİSADÇI
“Azpertrol” əməkdaşı maşına dizel yerinə benzin vurdu – ŞİKAYƏT
Avtobusa minənlərin diqqətinə...
Bu marşrut avtobusları “Şamaxinka”da saxlamayacaq
Sumqayıtda mənzillər BAHALAŞDI - VİDEO
Sərnişinlərin NƏZƏRİNƏ: Bu marşrut avtobuslarının yolu DƏYİŞDİRİLDİ - YENİLƏNİB
İşsizlik sığortasının hesablanma qaydası necədir? - AÇIQLAMA
Uşağınızın telefonu varsa bu qaydanı bilməlisiniz - XƏBƏRDARLIQ
Metro ilə bağlı SON DƏQİQƏ MƏLUMATI: Sabahdan... - RƏSMİ
Metroda gedişhaqqı ilə bağlı SON DƏQİQƏ - Artırıldı?












