Videoları ilə məşhurlaşan Qərənfil Seymurla evli olubmuş...

Son günlər İsmayıllının Qalınçaq kəndi sakinlərinin sosial şəbəkədə bir-birlərinin ünvanlarına səsləndirdikləri qeyri-etik fikirlər və iddialar gündəm olub.
Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, Qərənfil adlı qadın bir qrup həmkəndlisinin onu məqsədli şəkildə narahat etdiyini, verdiyi pulları ala bilmədiyini, evindən və həyətindən oğurluq edildiyini deyib. O həmin şəxslərin narkotik vasitə istifadə etdiyini də iddia edib.
Onun danışıq tərzi, eləcə də səsləndirdiyi fikirlər bir çox sosial şəbəkə istifadəçiləri tərəfindən hazırlanan məzəli videoların mövzusuna çevrilib.
Məsələdə adı hallandırılan kənd sakinlərindən biri - Seymur Kərimov isə daha sonra video paylaşaraq barəsində deyilənlərin həqiqətə uyğun olmadığını bildirib.
Həmçinin DİN-in Mətbuat xidmətinin Şəki Regional Bölməsindən bildirilib ki, iddialar təsdiqini tapmayıb.
Mövzu ilə bağlı APA TV həmin kənddən reportaj hazırlayıb. Məlum olub ki, 2021-ci ildə Qərənfil Osmanova Seymur Kərimovla ailə həyatı qurub və onlar qadının evində birgə yaşayıblar. Lakin bir qədər sonra münasibətləri pozulub və Qərənfil məlum videoları paylaşıb. O, müsahibəsində deyib ki, birgə yaşamağa başladıqları vaxtdan etibarən Seymur ona məxsus evdən oğurluq etməyə başlayıb.
S.Kərimov və qardaşı Elnur isə iddiaları təkzib ediblər. Onlar toyuq və ördəklərin Qərənfilin özü tərəfindən pay kimi verildiyini söyləyiblər.
Qalınçaq sakinləri isə baş verənlərdən utandıqlarını, kəndlərinin belə söz-söhbətlərlə məşhurlaşmasından məmnun olmadıqlarını deyiblər. Onların bəziləri Kərimovlar ailəsini sakit, bəziləri isə müalicəyə ehtiyacı olan şəxslər kimi səciyyələndiriblər.
Daha ətraflı süjetdə:
İşəgötürən işçini hansı hallarda işdən çıxara bilər? – HÜQUQŞÜNAS
Məktəblərin maliyyələşməsində yeni dövr: Hansı yeniliklər olacaq?
Bəzi ərazilərdə qaz olmayacaq - YENİLƏNİB
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ












